Ağdaş rayonunda 12 minə yaxın əhalinin gediş-gəlişi asanlaşır
Ağdaş rayonunda bu il reallaşdırılan 2 avtomobil yolundan daha biri Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yolu yenidən qurulur. "OLAYLAR”-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, yolun 7 km-lik hissəsinə 2 qat olmaqla, yəni laylar arası əlaqələndirici bitum səpilməklə, yol örtüyünün alt layının iri dənəli, üst layının isə xırda dənəli asfalt-beton qarışığı ilə tikintisi işləri aparılıb. Yolun 12 km-lik hissəsində isə yol yatağının və yol əsasının tikintisi yekunlaşdırılaraq asfaltlanması üçün hazırlıq işləri görülür. Layihəyə uyğun olaraq yolun qalan hissəsində mövcud örtüyün sökülməsi, yolun deformasiyaya uğramış hissələrinin qazılaraq kənara daşınması, əvəzinə karxana çınqılı tökülərək kipləşdirilməsi və yeni yol yatağının inşası, daha sonra yol əsasının alt layının karxana çınqılı, üst layının isə optimal qum-çınqıl qarışığı ilə tikintisi, həmçinin yol çiyinlərinin bərkidilməsi işləri aparılır.
30 Mart 2018 11:51 SosialAğdaş rayonunda bu il reallaşdırılan 2 avtomobil yolundan daha biri Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yolu yenidən qurulur. "OLAYLAR"-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, yolun 7 km-lik hissəsinə 2 qat olmaqla, yəni laylar arası əlaqələndirici bitum səpilməklə, yol örtüyünün alt layının iri dənəli, üst layının isə xırda dənəli asfalt-beton qarışığı ilə tikintisi işləri aparılıb. Yolun 12 km-lik hissəsində isə yol yatağının və yol əsasının tikintisi yekunlaşdırılaraq asfaltlanması üçün hazırlıq işləri görülür. Layihəyə uyğun olaraq yolun qalan hissəsində mövcud örtüyün sökülməsi, yolun deformasiyaya uğramış hissələrinin qazılaraq kənara daşınması, əvəzinə karxana çınqılı tökülərək kipləşdirilməsi və yeni yol yatağının inşası, daha sonra yol əsasının alt layının karxana çınqılı, üst layının isə optimal qum-çınqıl qarışığı ilə tikintisi, həmçinin yol çiyinlərinin bərkidilməsi işləri aparılır.
Aparılan yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə vətəndaşların avtomobil yolunun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə 1.4 km uzunluğunda yeni piyada səkiləri inşa edilir, kənarlarına səki daşları düzülür. Həmçini yol boyu istismara yararsız körpü məhəccərləri kəsilərək əvəzinə yeniləri quraşdırılır. Tikinti işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol boyu 220 ədəd yol nişanı və məlumatverici lövhə, 450 ədəd isə siqnal dirəkləri quraşdırılacaq, 97 km uzunluğunda yolcizgi və yolgöstərici xətlər çəkiləcək.