Gündəm
Ərli qadın İnstaqram-da tanış olduğu kişini evə çağırdı - Xəyanətini 3 yaşlı qızı üzə çıxardı - VİDEO
İstanbulun Üsküdar rayonunda işdən evə qayıdan kişi arvadını sevgilisi ilə yarıçılpaq vəziyyətdə tutub. Həyatının şokunu yaşayan ər bıçaqla arvadını sinəsindən yaralayıb, onun sevgilisini isə öldürüb.
Qobustanda vulkan püskürdü - GÜCLÜ
Qobustan rayonunda "Ayrantökən" palçıq vulkanı püskürüb. Bunu Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun (GGİ) Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib. Onun sözlərinə görə, püskürmə gecə saatlarında baş verib. A.Əliyev əlavə edib ki, Qobustanda müşahidə edilən aktivləşmənin nəticəsi kimi bu vulkanın püskürməsi gözlənilirdi.
İnstitut direktoru jurnalistləri TƏHQİR ETDİ - “Bezdarnı”, savadsız...”
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ESTN) hava şəraitindəki kəskin dəyişikliklə bağlı əhaliyə xəbərdarlıq edib. Əhalinin narahatlığı ilə bağlı suallara cavab almaq üçün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədova müraciət edib.
Serj Sarkisyan Dağlıq Qarabağ ermənilərini Ermənistana köçürməyə məhkumdur
Baş vermiş konstitusiya islahatları Ermənistanın prezident üsul-idarəsindən imtina edib, parlament üsul-idarəsinə keçməsi S.Sərkisyan üçün öz hakimiyyətini uzatmağa böyük resurs yaratdı və S.Sərkisyan bu islahatları əvvəlcədən də bu niyyətlə reallaşdırıb. Amma indi vəziyyət artıq S.Sərkisyanın istədiyindən də artıq mürəkkəbləşib. S.Sərkisyanın dövründə daha təhlükəli problem yaranıb; Miqrasiyanın qarşısının alına bilməməsi ölkədə demoqrafik böhran yaradıb. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Gündə 20 banan yeyən qız bir dəri, bir sümük qaldı - fotolar
Avstraliyada yaşayan Linn Raçlayf adlı qız internet fenomeninə çevrilib. 29 yaşlı qız yalnız banan yeməklə arıqladığı anları sosial media hesabında yerləşdirib. Şəkilləri böyük marağa səbəb olan Linn səhər, günorta və axşam da daxil olmaqla gün ərzində 20 ədəd banan yediyini bildirib.
Zaurla Xoşqədəmin soyuq müharibəsi Bu dəfə qurban Nazilə oldu…
Azərbaycanda ən çox çəkilən siqaret BAHALAŞDI
Azərbaycanda siqaret markalarından biri bahalaşıb. Siqaret çəkənlərin ən çox istifadə etdiyi “Winston XS”in qiyməti qalxıb. Buna səbəb kimi gömrük sərhəd buraxılış məntəqəsində tütün məhsullarının saxlanılması göstərilir.
“Azərişıq” küləkli hava ilə bağlı qabaqlayıcı və zəruri tədbirlər gördü
Hava şəraitinin kəskin dəyişilməsini nəzərə alaraq 30-31 mart tarixlərində istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması məqsədilə “Azərişıq” ASC-də qabaqlayıcı və zəruri tədbirlər görülüb.
Hikmət Hacıyev: "2019-2022-ci illər ərzində Azərbaycan Qoşulmama hərəkatına sədrlik edəcək"
5-6 aprel 2018-ci il tarixində “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı Bakıda keçiriləcək.
Şoyqudan Suriya açıqlaması: Əzablar tezliklə bitəcək
Şərqi Qutada sakinlər yaxın günlərdə evlərinə dönməyə başlayacaq. Bunu Rusiya Müdafiə naziri Sergey Şoyqu deyib. "Orada artıq normal həyat başlayır, təmir olunmalı hər yer düzəldilir. İnsanların 7 il çəkdiyi əzablar tezliklə bitəcək.
Bu problem kürdlərsiz həll edilməyəcək - Lavrov
Suriyada böhranın həlli kürdlər olmadan mümkünsüzdür. Bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib. "Suriyalı kürdlərlə əlaqələrimiz İraq, İran, Türkiyə və digər ölkələrdə cəmiyyətin bir hissəsi kimi yaşayan kürdlərlə olduğu kimi dəyişmədi. Kürd xalqı olmadan bu bölgədə heç bir münaqişə həll olunmayacaq", - Lavrov söyləyib.
ABŞ ordusu Menbiçdən çəkildi – PKK şokda
Menbiçdə saxlanılan təxminən 2 minə yaxın ABŞ əsgərinin bir qismi ərazini tərk edərək Deyr əz-Zora çəkilib. Bu barədə “İxlas” agentliyi məlumat yayıb.
Səudiyyə Ərəbistanı şahzadəsindən müharibə ANONSU
Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman Əl Səud 10-15 ildən sonra İranla mümkün müharibədən danışıb.
Aprelin 1-də ilk sınaq imtahanını keçirəcək
Dövlət İmtahan Mərkəzi I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 1-də Respublikanın 18 şəhər və rayonunda sınaq imtahanları keçirəcək. DİM-dən “Olaylar”a verilən məlumata görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Sumqayıt, Mingəçevir, Şəki, Qəbələ, Bərdə, Ağcabədi, Göyçay, Kürdəmir, İmişli, Şirvan, Lənkəran, Masallı, Xaçmaz şəhər və rayonlarında, ümumilikdə 49 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 23579 abituriyent qeydiyyatdan keçib. Sınaq imtahanı 1 növbə üzrə keçiriləcək və bütün binalarda saat 11:00-da başlanacaq.
Avstraliyada hava şarının enişi zamanı 9 nəfər xəsarət alıb
Avstraliyada hava şarı sərt eniş edib, 9 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya müxtəlif diqnozlarla çatdırılıb. Hadisə Sindeyin Xanter-Uelli rayonunda baş verib.














