Gündəm
Albaniya klubu 10 illik avrokuboklardan kənarlaşdırıldı
UEFA son Albaniya çempionu "Skenderbeu"nu 10 il müddətinə avrokuboklardan kənarlaşdırıb. Klub danışılmış oyunlarda iştirak etməkdə təqsirləndirilib. UEFA müfəttişlərinin hazırladıqları raportda 50-dən çox danışılmış oyunun adları qeyd edilib. "Skenderbeu"nun 2015/16 mövsümündəki çempionluğu da ləğv edilib. Klub həmçinin, 1 milyon avro cərimə olunub.
Bosfor boğazı bağlandı
Bu gün səhər saatlarından başlayaraq Bosfor boğazı hərəkət üçün bağlanıb. Buna səbəb hazırda müşahidə edilən sıx dumandır. Belə ki, duman səbəbindən görüntü 25 metrə qədər azalıb.
Türkiyə səhəri qara xəbər ilə açdı: 5 şəhid, 7 yaralı
Türkiyə ordusu bu gün də şəhid verib. Haberler-in verdiyi son dəqiqə xəbərinə görə, Siirt vilayətinin Eruh mahalının yaxınlığındakı hərbi hissəyə PKK terrorçuları tərəfindən hücum edilib.
Bakıda toz-dumanın miqdarı günorta norma həddinə qədər enəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin 29 mart 2018-ci il tarixində səhər saatlarında apardığı monitorinqlərin nəticələrinə əsasən Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanının miqdarı sanitar normadan artıq olduğu müəyyən edilib.
Bu kənddə hər qəbrin bir qibləsi var - VİDEO
Ucar rayonunun Qəzyan kənd qəbiristanlığında qəbirlərin istiqaməti qibləyə yox, müxtəliv tərəflərə yönəlib. Məlumata görə, 100 ildən çox yaşı olan qəbiristanlıqda kim hansı istiqamətə istəyirsə, meyiti o istiqamətə basdırır. Məzarların müxtəlif istiqamətlərə baxması kənardan gələnlərin də diqqətini çəkir. Burada son bir neçə ildə qazılan qəbirlər də var ki, onların da istiqamətləri fərqlidir. Din xadimləri bunun yanlış olduğunu deyirlər.
Dəhşətli yol qəzası: 5 nəfər diri-diri yandı
Meksikada 3 avtomobilin iştirakı ilə baş verən ağır yol qəzası nəticəsində 5 nəfər diri-diri yanıb. Yük, minik avtomobilləri və yolsuzluq maşını toqquşublar.
Rusiya agentinin qızından SON XƏBƏR
Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovnikı Sergey Skripalın qızı Yuliyanın şüuru yerinə gəlib və hazırda danışır. Bu haqda mənbələrə istinadən BBC telekanalı bildirib.
Qara Qarayevin 100 illik yubileyinə həsr edilən orqan musiqisi
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera və orqan musiqisi zalında görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr edilən orqan musiqisi axşamı olub. Mədəniyyət və Turizm Nazirliyi və filarmoniyanın təşkilatçılığı ilə keçirilən konsertdə bəstəkarın vokal və instrumental əsərləri səsləndirilib.
Yunanıstanın Milli Günü qeyd olundu
Yunanıstanın ölkəmizdəki səfirliyi ölkəsinin Milli Günü münasibətilə Beynəlxalq Muğam Mərkəzi ilə birlikdə "Etnik musiqi inciləri" adlı konsert proqramı təşkil edib. Tədbirdə çıxış edən səfir Nikolaos Kanellos Azərbaycan-Yunanıstan əlaqələrinin yaxşı səviyyədə olduğunu və ikitərəfli münasibətlərin daha da dərinləşməsi üçün salışdığını qeyd edib. Diplomat ölkəsinin Milli Günü münasibətilə bu dəfə fərqli formatda tədbir təşkil edildiyini, bu məqsədlə Yunanıstandan dəvət olunmuş məşhur musiqiçi Nikos Ksanfulisin tanınmış azərbaycanlı dirijor Əyyub Quliyevlə birgə konsert proqramı təqdim edəcəyini bildirib.
Yaddaşı yaxşılaşdıran çip yaradılıb
Cənubi Kaliforniya Universitetinin alimləri yaddaşı möhkəmləndirən çipi insan beyninə uğurla implantasiya etməyə müvəffəq olublar. Pentaqon tərəfindən maliyyələşdirilmiş müvafiq tədqiqat “Journal of Neural Engineering” nəşrində dərc edilib. Yeni tədqiqat zamanı alimlər tərəfindən layihələşdirilmiş xüsusi çip informasiyanın yadda saxlanması zamanı yaranan insan beyninin impulslarını “ələ keçirir”. Bundan sonra çip həmin impulsları gücləndirir, faktiki olaraq beyni təkrara məcbur etməklə yaddaşın işini yaxşılaşdırmağa kömək edir.
Xəzərdə zəlzələ
Mart Soyqırımı Gənc Tamaşaçıların səhnəsində
Martın 31-i saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Əməkdar incəsənət xadimi, dramaturq Əli Əmirlinin “Ünvansız qatar” pyesi əsasında hazırlanmış tamaşa nümayiş olunacaqdır.
Mahsun Kırmızıgül oğlunun filmində baş rola çəkilməyə razıdır
Aktyor, rejissor, müğənni Mahsun Kırmızıgül həyat yoldaşı Ece Binay və dostları ilə şam yeməyindən qayıdarkən görüntülənib.
Andrey Şevçenko: "Klubda çalışmaq istərdim"
Ukrayna yığmasının baş məşqçisi Andrey Şevçenko gələcəkdə fəaliyyətini klubda davam etdirmək niyyətindədir.
Tanınmış reper həbs ediləcək
ABŞ-da tanınmış reper həbs təhlükəsi ilə üz-üzə qalıb. Məlumata görə, daha çox DMX ləqəbi ilə tanınan reper Erl Simmons 1,7 milyon dollar həcmində pulu vergidən yayındırdığına görə həbs ediləcək. Bu barədə Nyu-York məhkəməsi qərar verib.














