Yaddaşı yaxşılaşdıran çip yaradılıb

Cənubi Kaliforniya Universitetinin alimləri yaddaşı möhkəmləndirən çipi insan beyninə uğurla implantasiya etməyə müvəffəq olublar. Pentaqon tərəfindən maliyyələşdirilmiş müvafiq tədqiqat “Journal of Neural Engineering” nəşrində dərc edilib. Yeni tədqiqat zamanı alimlər tərəfindən layihələşdirilmiş xüsusi çip informasiyanın yadda saxlanması zamanı yaranan insan beyninin impulslarını “ələ keçirir”. Bundan sonra çip həmin impulsları gücləndirir, faktiki olaraq beyni təkrara məcbur etməklə yaddaşın işini yaxşılaşdırmağa kömək edir.

Cənubi Kaliforniya Universitetinin alimləri yaddaşı möhkəmləndirən çipi insan beyninə uğurla implantasiya etməyə müvəffəq olublar. Pentaqon tərəfindən maliyyələşdirilmiş müvafiq tədqiqat "Journal of Neural Engineering" nəşrində dərc edilib.

Yeni tədqiqat zamanı alimlər tərəfindən layihələşdirilmiş xüsusi çip informasiyanın yadda saxlanması zamanı yaranan insan beyninin impulslarını "ələ keçirir". Bundan sonra çip həmin impulsları gücləndirir, faktiki olaraq beyni təkrara məcbur etməklə yaddaşın işini yaxşılaşdırmağa kömək edir.

Çip könüllülərin iştirakı ilə hazırlanıb. Onların hippokampına (beynin yaddaşa görə məsul sahəsi) elektrodlar implantasiya edilib. Alimlər elektrodların köməyi ilə sinir impulslarının istiqamətini müşahidə edərək  xüsusi alqoritm yaratmağa nail olublar. Bu alqoritm bu və ya digər xatirələrə uyğun gələn sinir impulslarından istəniləni seçə, yaza və oxuya bilir.

Alimlər çipin hazırda geniş yayılmış alsqeymer, demensiya və digər xəstəliklər üzərində tamamilə qalib gəlməyə imkan verəcəyini düşünürlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31