Andrey Şevçenko: "Klubda çalışmaq istərdim"
Ukrayna yığmasının baş məşqçisi Andrey Şevçenko gələcəkdə fəaliyyətini klubda davam etdirmək niyyətindədir.
29 Mart 2018 19:00 İdmanUkrayna yığmasının baş məşqçisi Andrey Şevçenko gələcəkdə fəaliyyətini klubda davam etdirmək niyyətindədir. Bu barədə 42 yaşlı çalışdırıcının özü "Sky Sport İtalia"ya açıqlamasında xəbər verib.
O bildirib ki, hazırkı işindən razı olsa da, qarşıdakı illərlə bağlı planları başladı: "Ukrayna millisinə rəhbərlik etdiyim üçün şadam. Amma gələcəkdə klubda çalışmaq istərdim. Onda özümü göstərmək mənasında daha böyük imkanlarım olacaq. Çünki klubda işləyəndə futbolçularla gündəlik işləyirsən. Uğurlu komanda qurub, yaxşı nəticələrə imza atmaq istərdim. Mən qısa ötürmələr, yüksək pressinq, aqressivlik və rəqibin müdafiəsindəki boşluqlardan yararlanmağı tələb edirəm. Məşqçilik işinin başlanğıcındayam. Yüksək səviyyəli məşqçi sayılmağım üçün özümü hələ çox isbatlamalıyam".
Qeyd edək ki, Andrey Şevçenko 2016-cı ildən Ukrayna yığmasının "sükanı arxası"ndadır. Apasport.az