Yunanıstanın Milli Günü qeyd olundu
Yunanıstanın ölkəmizdəki səfirliyi ölkəsinin Milli Günü münasibətilə Beynəlxalq Muğam Mərkəzi ilə birlikdə "Etnik musiqi inciləri" adlı konsert proqramı təşkil edib. Tədbirdə çıxış edən səfir Nikolaos Kanellos Azərbaycan-Yunanıstan əlaqələrinin yaxşı səviyyədə olduğunu və ikitərəfli münasibətlərin daha da dərinləşməsi üçün salışdığını qeyd edib. Diplomat ölkəsinin Milli Günü münasibətilə bu dəfə fərqli formatda tədbir təşkil edildiyini, bu məqsədlə Yunanıstandan dəvət olunmuş məşhur musiqiçi Nikos Ksanfulisin tanınmış azərbaycanlı dirijor Əyyub Quliyevlə birgə konsert proqramı təqdim edəcəyini bildirib.
30 Mart 2018 09:25 MədəniyyətYunanıstanın ölkəmizdəki səfirliyi ölkəsinin Milli Günü münasibətilə Beynəlxalq Muğam Mərkəzi ilə birlikdə "Etnik musiqi inciləri" adlı konsert proqramı təşkil edib.
Tədbirdə çıxış edən səfir Nikolaos Kanellos Azərbaycan-Yunanıstan əlaqələrinin yaxşı səviyyədə olduğunu və ikitərəfli münasibətlərin daha da dərinləşməsi üçün salışdığını qeyd edib. Diplomat ölkəsinin Milli Günü münasibətilə bu dəfə fərqli formatda tədbir təşkil edildiyini, bu məqsədlə Yunanıstandan dəvət olunmuş məşhur musiqiçi Nikos Ksanfulisin tanınmış azərbaycanlı dirijor Əyyub Quliyevlə birgə konsert proqramı təqdim edəcəyini bildirib.
Tədbirdə çıxış edən Azərbaycan XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Gündüz Cəfərov iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin yüksələn xətlə inkişaf etdiyini deyib.
Rəsmi hissədən sonra tədbir maraqlı musiqi proqramı ilə davam edib. Gecədə Nikos Xanthoulis, Christoph Villibald Gluck, Stefan Muscaritolo, Georg Handel və dahi Azərbaycan bəstəkarı Qara Qarayevin əsərləri səsləndirilib.
Tədbirin qonaqları Mərkəzin foyesində təşkil olunmuş Yunanıstanın ölkəmizdəki səfiri Nikolaos Kanellosun və Nərgiz Quliyevanın rəsmlərindən ibarət sərgiyə də baxıblar.
Konsertdə dövlət qurumlarının və diplomatik korpusun nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, KİV təmsilçiləri iştirak ediblər.