Qobustanda vulkan püskürdü - GÜCLÜ

Qobustan rayonunda "Ayrantökən" palçıq vulkanı püskürüb. Bunu  Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun (GGİ) Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib. Onun sözlərinə görə, püskürmə gecə saatlarında baş verib. A.Əliyev əlavə edib ki, Qobustanda müşahidə edilən aktivləşmənin nəticəsi kimi bu vulkanın püskürməsi gözlənilirdi.

O, püskürmənin güclü olduğunu da söyləyib: "İnstitutun əməkdaşları tədqiqatların aparılması üçün hadisə yerinə ezam olunublar". Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31