Serj Sarkisyan Dağlıq Qarabağ ermənilərini Ermənistana köçürməyə məhkumdur
Baş vermiş konstitusiya islahatları Ermənistanın prezident üsul-idarəsindən imtina edib, parlament üsul-idarəsinə keçməsi S.Sərkisyan üçün öz hakimiyyətini uzatmağa böyük resurs yaratdı və S.Sərkisyan bu islahatları əvvəlcədən də bu niyyətlə reallaşdırıb. Amma indi vəziyyət artıq S.Sərkisyanın istədiyindən də artıq mürəkkəbləşib. S.Sərkisyanın dövründə daha təhlükəli problem yaranıb; Miqrasiyanın qarşısının alına bilməməsi ölkədə demoqrafik böhran yaradıb. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
30 Mart 2018 11:09 SiyasətBaş vermiş konstitusiya islahatları Ermənistanın prezident üsul-idarəsindən imtina edib, parlament üsul-idarəsinə keçməsi Serj Sarkisyan üçün öz hakimiyyətini uzatmağa böyük resurs yaratdı və Serj Sarkisyan bu islahatları əvvəlcədən də bu niyyətlə reallaşdırıb. Amma indi vəziyyət artıq Serj Sarkisyanın istədiyindən də artıq mürəkkəbləşib. S.Sərkisyanın dövründə daha təhlükəli problem yaranıb; Miqrasiyanın qarşısının alına bilməməsi ölkədə demoqrafik böhran yaradıb. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Bu artıq Ermənistanın dövlət olmasını şübhə altına qoymaqla yanaşı, həm də eyni zamanda ermənilərin Cənubi Qafqazda mövcudluğunu da şübhə altına salır. Ona görə S.Sərkisyan hal-hazırda həm öz hakimiyyətini uzatmaq, həm Ermənistan dövlətini saxlamaq, həm də müəyyən uğurlu görünmək niyyətindədir. S.Sarkisyana ilk növbədə yeni nəsil siyasətçilər bunun üçün lazımdır.
Aydındır ki, Ermənistanın daxilindəki əhali S.Sarkisyanın tələbatını ödəyə bilməyəcək. Çünki Qarabağ siyasətinə görə Ermənistan vətəndaşlarının böyük əksəriyyəti Rusiya ilə ikili vətəndaşlığa malikdir. Rusiya ilə ikili vətəndaşlıq Ermənistan vətəndaşları üçün kifayət qədər cəlbedicidir; Həm övladlarını orduya göndərmirlər, həm də qocalarkən daha böyük məbləğdə təqaüd almaq şansına malikdir.
Beləliklə Ermənistandakı ermənilərin strateji inkişaf istiqaməti bəllidir. Belə olan halda S.Sarkisyanın yeganə çarəsi Dağlıq Qarabağdakı erməniləri Ermənistana köçürmək və bununla da belə demək mümkünsə həm Ermənistanın dövlət kimi mövcudluğunu, eləcə də özünün hakimiyyətini davam etdirə biləcəyini nümayiş etdirmək.
S.Sarkisyan Angela Merkelin presedentindən istifadə edib ən azı 4 dəfə hakimiyyətdə qalmaq barədə düşünür. O, Dağlıq Qarabağ ermənilərini Ermənistana köçürmədən bu niyyətinə çata bilməyəcək. Ermənistandan əhali qaçır, qaçmayan da Ermənistanda yaşayanlar Rusiya vətəndaşlığını qəbul edib, Rusiya təbəəsi olacaq və Rusiya istənilən anda Ermənistandakı hakimiyyəti dəyişə, parlament seçkilərinə təsir edə bilər. S.Sərkisyanın ziyanına belə hadisənin baş verməməsinin yeganə qarantı yalnız Dağlıq Qarabağ ermənilərinin Ermənistana köçürülməsidir və S.Sərkisyan da təhtəlşüurda bu plana malikdir və tədricən bu planı da reallaşdıracaqdır.