Səudiyyə Ərəbistanı şahzadəsindən müharibə ANONSU
Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman Əl Səud 10-15 ildən sonra İranla mümkün müharibədən danışıb.
30 Mart 2018 10:49 DünyaSəudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman Əl Səud 10-15 ildən sonra İranla mümkün müharibədən danışıb. Məlumata görə, "Wall Street Journal" nəşrinə müsahibə verən şahzadə regionda hərbi qarşıdurmadan yayınmaq üçün dünya ictimaiyyətini rəsmi Tehrana qarşı daha sərt sanksiyalar tətbiq etməyə çağırıb.
"Biz nə olursa-olsun, hərbi münaqişədən qaçmalıyıq. Əgər buna nail olmasaq, 10-15 ildən sonra İranla müharibə başlayacaq", - şahzadə belə deyib. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31