Türkiyəli deputat: “Seçkilərdən sonra islahatların yeni mərhələsi başlayacaq”

“Azərbaycan son 25 ildə bütün sahələrdə inkişafa nail olub. İstər siyasət, istər iqtisadiyyat, istərsə də demokratiya sahəsində mühüm uğurlar qazanılıb”. 

"Azərbaycan son 25 ildə bütün sahələrdə inkişafa nail olub. İstər siyasət, istər iqtisadiyyat, istərsə də demokratiya sahəsində mühüm uğurlar qazanılıb".  Bu fikirləri açıqlamasında Türkiyə Böyük Millət Məclisinin deputatı Nurəddin Aras deyib. Azərbaycanda son illər müxtəlif sahələrdə islahatların həyata keçirildiyini bildirən deputat deyib: "İnanıram ki, prezident seçkilərindən sonra islahatların yeni mərhələsi başlayacaq, əhəmiyyətli sosial layihələr davam etdiriləcək. Hesab edirəm ki, son illər sürətlə inkişaf edən Azərbaycan bu islahatları həyata keçirməklə daha da güclənəcək", - deyə N.Aras bildirib. Sechki-2018.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31