Türkiyə yeni silah hazırlayır: 19 milyard ayrıldı
Türkiyə 29 müdafiə layihəsinin reallaşdırılmasına 19 milyard Türkiyə lirəsi (4,8 milyard dollar) ayıracaq. Bu barədə qərar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən Müdafiə Sənayesi Komitəsinin iclasında qəbul edilib.
30 Mart 2018 12:07 DünyaTürkiyə 29 müdafiə layihəsinin reallaşdırılmasına 19 milyard Türkiyə lirəsi (4,8 milyard dollar) ayıracaq. Bu barədə qərar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən Müdafiə Sənayesi Komitəsinin iclasında qəbul edilib.
Qeyd edək ki, Türkiyə son bir neçə il ərzində sürətlə öz müdafiə sənayesini gücləndirməyə başlayıb. Rəsmi Ankara artıq istehsal etdiyi silahların böyük qismini sınaqdan keçirə bilib. Türkiyənin təkcə Afrin əməliyyatlarında sınaqdan keçirdiyi silahların sayı 100-dən çox olub. Türkiyə həmçinin tarixində ilk dəfə özünün istehsal etdiyi ballistik raketlərə sahiblənib. Axar.az