MTRŞ sədri: "İndiyədək seçki təbliğatıyla bağlı qanun pozuntusu qeydə alınmayıb"

İndiyədək televiziya kanallarında seçki təbliğatı ilə bağlı qanun pozuntusu qeydə alınmayıb.  Bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli məlumat verib.

İndiyədək televiziya kanallarında seçki təbliğatı ilə bağlı qanun pozuntusu qeydə alınmayıb.  Bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli məlumat verib.

Hikmət Hacıyev: "2019-2022-ci illər ərzində Azərbaycan Qoşulmama hərəkatına sədrlik edəcək"

MTRŞ-in televiziya kanallarında seçki təbliğatının monitorinqini apardığını bildirən N. Məhərrəmli deyib: "İndiyədək bizə televiziya kanallarında aparılan seçki təbliğatı ilə bağlı qanun pozuntusunun olmasına dair hər-hansı məlumat daxil olmayıb".

Qeyd edək ki, prezidentliyə namizədlər üçün İctimai Televiziya və Radio Yayımları Şirkətində ödənişsiz efir vaxtı ayrılıb. Bununla yanaşı, özəl telekanallar əvvəlcədən Mərkəzi Seçki Komissiyasına müraciət etməklə prezidentliyə namizədlərin ödənişli təbliğatını apara bilərlər.  Sechki-2018.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31