Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımlar

Tarixin müxtəlif dövrlərində Azərbaycan xalqı ermənilərin deportasiya və soyqırımlarına məruz qalıblar. Bu soyqırımların ən dəhşətlisi isə 1918-ci ildə yaşanıb. Mart ayının 30-dan aprelin 2-dək davam edən bu soyqırımlar nəticəsində Bakı və onun ətraf kəndlərində müsəlman əhali məqsədli şəkildə  soyqırıma və talanlara məruz qalıb. Qısa müddət ərzində ermənilər Bakıda və ətraf ərazilərdə11 mindən çox günahsız insan məhz müsəlman olduğuna görə vəhşicəsinə qətlə yetirib. Ermənilərin azərbaycanlılara qarşı soyqırımları təkcə Bakı və ətraf ərazilərlə kifayətlənməyib. Eyni zamanda Lənkəran, Göyçay, Şamaxı, Quba və Qarabağ zonasında da ermənilər müsəlman əhaliyə qarşı amansız soyqırım həyata keçiriblər.

Və dünyanın ədalət carçılarının insanlıq əleyhinə olan cinayətlərə biganə münasibəti

Tarixin müxtəlif dövrlərində Azərbaycan xalqı ermənilərin deportasiya və soyqırımlarına məruz qalıblar. Bu soyqırımların ən dəhşətlisi isə 1918-ci ildə yaşanıb. Mart ayının 30-dan aprelin 2-dək davam edən bu soyqırımlar nəticəsində Bakı və onun ətraf kəndlərində müsəlman əhali məqsədli şəkildə  soyqırıma və talanlara məruz qalıb. Qısa müddət ərzində ermənilər Bakıda və ətraf ərazilərdə11 mindən çox günahsız insan məhz müsəlman olduğuna görə vəhşicəsinə qətlə yetirib. Ermənilərin azərbaycanlılara qarşı soyqırımları təkcə Bakı və ətraf ərazilərlə kifayətlənməyib. Eyni zamanda Lənkəran, Göyçay, Şamaxı, Quba və Qarabağ zonasında da ermənilər müsəlman əhaliyə qarşı amansız soyqırım həyata keçiriblər.

Hər zaman olduğu kimi həmin illərdə də ermənilərin cinayətlərinin ört-basdır edilməsi, insanlıq əleyhinə törədilən cinayətlərin iştirakçılarının cəzalandırılmaması erməniləri daha amansız qətliamlara əl atmasına şərait yaratmışdı. Beləliklə, təkcə 1918-1920-ci illərdə Zəngəzur qəzasında 115 kənd üzrə 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülüb, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanıb. Nəticədə təkcə Zəngəzur qəzasında komissiyanın məruzəsi hazırlanana qədər 10068 nəfər azərbaycanlı öldürülüb və ya şikəst edilib. 1918-ci ildə İrəvan quberniyasında 211, Qars vilayətində 92, İrəvan şəhəri və onun çevrəsində 88 kənd dağıdılıb, 1920 ev yandırılıb, 132 min azərbaycanlı məhv edilib. 
Lənkəran və Astarada 1000 nəfərdən çox, Salyan və Hacıqabulda 2000 nəfərdən çox, Kürdəmirdə 2000, ümumilikdə 6 minə qədər müsəlman qətlə yetirilib, evləri yandırıldı, əmlakları talan olunub.

1918-ci ilin aprel-may aylarında Şamaxı qəzası dəhşətli talan və vəhşiliklərə məruz qalmışdı. S.Lalayan və T.Əmirovun rəhbərliyi ilə təkcə Şamaxı şəhərində bir neçə gündə 8 minə qədər müsəlman qətlə yetirilib, 13 məscid, eyni zamanda, səkkiz əsrlik tarixi olan Cümə məscidi yandırılmışdı.. Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinə əsasən ermənilər Şamaxı şəhərində 8100, Şamaxı qəzasının 53 kəndində isə 8027 azərbaycanlını qətlə yetirmişlər. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaqlar olmuşdur.
Amazaspın vəhşilikləri nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında üst-üstə 16 mindən çox insan məhv edilmişdi. 1918-ci ilin qırğınları zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıtmışdılar ki, bunlardan 35-i hal-hazırda mövcud deyildir.

Ermənilər müsəlman əhaliyə qarşı həyata keçirdikləri soyqırım siyasətini Azərbaycanın hüdudlarından kənarda da davam etdirib. Belə ki, Cənubi Azərbaycanın Urmiya,

Xoy, Maku, Səlmas, Təbriz şəhərlərinin də müsəlman əhalisi erməni soyqırımının qurbanı olub. Təkcə adlarını qeyd etdiyimiz şəhərlərdə 100 minə qədər türk-müsəlman qətlə yetirilib.

Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu günə qədər də ermənilərin azərbaycanlılara qarşı XX əsrin əvvəllərində həyata keçirdikləri dəhşətli soyqırımı dünya tanımaq istəmir. O səbəbdən yox ki, dövlət olaraq bu soyqırımın dünyaya çatdırılmasında passivlik nümayiş etdirir, yaxud bu işlə ciddi məşğul olmuruq. Qətiyyən. Sadəcə olaraq dünyada mövcud olan ikili standartlar, ermənipərəst mövqe, xristian təssübkeşliyi hər bir məsələdə olduğu kimi insanlıq əleyhinə törədilmiş cinayətlərə olan münasibətdə də özünü qabarıq şəkildə ortaya qoyur. Məlumat üçün qeyd edək ki, müstəqillik illərindən. Xüsusilə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra gizli qalan tariximizin üzə çıxarılması, tarixin müxtəlif dövrlərində başımıza gətirilən müsibətlərin dünyaya çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılıb. Bu baxımdan ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanxüsusi əhəmiyyət kəsb edirdi. Qeyd etmək lazımdır ki, ötən illər ərzində ümummilli liderin imzalamış olduğu fərmandan irəli gələrək azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qalması faktının dünyaya çatdırılması, ona hüquqi-siyasət qiymət verilməsi məqsədilə ardıcıl tədbirlər görülüb, təbliğat işləri aparılıb. Ancaq qeyd etdiyimiz kimi dünyada mövcud olan ikili standartlar və xristian, erməni təssübkeşliyi, ən əsası cəzasızlıq mühiti ermənilərin bu vaxta qədər törətmiş olduğu cinayətlərin araşdırılıb üzə çıxarılması, bu işdə əli olanların varislərinin cəzalandırılmasına yol açır, əksinə onların yeni-yeni insanlıq əleyhinə cinayətlər törətmələrinə yol açır. Yaxın tariximizdə baş verən Malıbəyli faciəsi, Xocalıda soydaşlarımıza qarşı həyata keçirilən soyqırım siyasəti, eləcə də Azərbaycan ərazilərinin 20 faizinin erməniər tərəfindən işğala məruz qalması deyilənlərin əyani sübutudur. Bütün bu haqıszlıq, ədalətsizlik, erməni, xristian təssübkeşliyinə rəğmən biz Azərbaycan dövləti olaraq haqq səsimizin, tarixən başımıza gətirilən müsibətlərin dünyaya çatdırılması istiqamətində fəaliyyətimizi davam etdiririk. Və ümid edirik ki, gec-tez dünyanın nizam, ədalət tərəzisi düzələcək və ermənilər də induiyə qədər törətmiş olduğu insanlıq əleyhinə cinayətlərə görə cavab verəcəklər.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31