İranda küləyin FƏSADLARI daha ağır oldu - 4 ölü

İranda güclü külək fəsadlar törədib. Məlumata görə, hadisə İranın Urmiya və Bukan ərazilərində olub. Güclü küləyin sürəti saatda 70 kilometrə çatıb. Hadisə nəticəsində Urmiyada, Urmiya - Səlmas avtomobil yolu və Bukan şəhəri ərazisində 4 nəfər xəsarət alıb.

Belə ki, güclü külək nəticəsində Bukan şəhərində küçədə reklam lövhəsi iki nəfərin üzərinə aşıb. Nəticədə 2 nəfər ağır xəsarət alıb. Səlmas-Urmiya avtomobil yolunda hərəkətdə olan sərnişin avtobusunun şüşələrini güclü külək qırıb və avtobusda olan sərnişinlərdən 1 nəfər yaralanıb. Eyni zamanda, Urmiyada yaşayış binasının tavanını külək qoparıb. Binanın tavanından qopan tikinti materialı küçədə olan bir nəfərin üzərinə düşərək ağır xəsarət yetirib. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31