Gündəm
UEFA-dan ŞOK QƏRAR: bundan sonra klublar...
UEFA son illərdə tətbiq etdiyi, klubların maliyyə məsələlərini bir qaydaya salmasını nəzərdə tutan Ədalətli Maliyyə Oyunu (Finansal Fair Play) sisteminin ikinci versiyasını təqdim edəcək.
“Qəribə, çox qəribə əhvalat” - Premyera
Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində Miro Havranın pyesi əsasında hazırlanan “Qəribə, çox qəribə əhvalat” tamaşasının premyerası olub. Omart ayının sayca üçüncü premyerası olan səhnə əsərinin quruluşçu rejissoru Əlif Cahangirli, quruluşçu rəssamı xalq rəssamı, dövlət mükafatı laureatı Nazim Bəykişiyev, işıq rəssamı Rafael Həsənov, səs rejissoru Şahanə Səlimova, rejissor assistenti Nərmin Həsənovadır.
Beşiktaşın 3 ulduzu klubu tərk edir
Beşiktaşın 3 ulduz futbolçusu Talisca, Quaresma və Neqredonun yerinə 3 alternativ oyunçu tapılıb. Anderson Taliscanın klubdan gedib getməyəcəyi uzun bir müddətdir ki gündəmdədir. Taliscanın rəhbərliklə münasibətlərinin gözlənilən qədər yaxşı olmadığı bildirilir.
AZINNEX-in İdarə Heyətinin növbəti görüşü keçirilib
“Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu”nun İdarə Heyətinin növbəti görüşü keçirilib. Görüşdə hesabat təqdim edilib və hesabatda AZINNEX tərəfindən son ay ərzində aparılan işlər haqqında ətraflı məlumat verilib. Mart ayında AZINNEX bir sıra yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətində öz fəaliyyətini daha da genişləndirib. Əsas məqsəd Azərbaycanın innovasiya məhsullarının yeni bazarlara çıxarılması, ixrac zonasının daha da genişləndirilməsidir. Görüşdə AZINNEX-in yenilənmiş veb-saytı və korporativ jurnalı təqdim edilib.
İstanbulda 31 mart soyqırımı qurbanlarının xatirəsi anılıb
İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Kültür Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar dərnəyin mərkəzində tədbirı keçirilib. “OLAYLAR” xəbər verir ki, tədbirdə Azərbaycan-Türk Qadınlar Birliyinin, “Azərbaycan-Türkiyə Evi”nin sədri, Avropa Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü Tənzilə Rüstəmxanlı, Avropa Azərbaycanlıları Konqresinin (AAK) sədri Sahil Qasımov, KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər.
1918-ci il mart soyqırımına həsr olunmuş sərgi
AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) 1918-ci il 31 mart Azərbaycanlıların soyqırımına həsr olunmuş sərgi təşkil olunub. Sərgidə kitabxananın fondlarında mühafizə olunan və soyqırıma dair faktları əks etdirən, tarixi əhəmiyyətliliyi baxımından MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edilmiş kitablar nümayiş olunur. Olaylar.az bildirir ki, Mərkəzi Elmi Kitabxananın fondlarında 1918-ci il Mart soyqırımına aid olan mövcud mənbələr elektron kataloqa salınaraq MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib.
AzTU-nun alimləri Almaniyada işgüzar səfərdə olublar
Azərbaycan Texniki Universitetinin nümayəndə heyəti Almaniyanın Brandenburq Texniki Universitetində işgüzar səfərdə olublar. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, AzTU-nun nümayəndə heyəti Brandenburq Texniki Universitetinin tədqiqat və elmi inkişaf üzrə vitse-prezidenti, professor X.Hipp, həmçinin tədris və təhsil üzrə vitse-prezidenti, professor M.Koziol tərəfindən qəbul edilib.
“Dərs” filmi Seul Guro Beynəlxalq Uşaq Filmləri Festivalında
Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” bədii filmi 6-cı Seul Guro Beynəlxalq Uşaq Filmləri Festivalının müsabiqə mərhələsinə dəvət alıb. Festival bu ilin mayında Koreya Respublikasının paytaxtı Seul şəhərində keçiriləcək.
Müdafiə naziri Türkiyə Quru Qoşunları Məktəbində olub
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Quru Qoşunları Məktəbini ziyarət edib. Nazir məktəbin rəhbərliyi və burada təhsil alan azərbaycanlı kursantlar ilə görüşüb. “OLAYLAR” nazirliyə istinadən xəbər verir ki, müdafiə naziri məktəbin fəaliyyəti və buradakı təlim-tədris prosesi barədə ətraflı məlumatlandırılıb. Nazir kursantlarımızın hazırlıq səviyyəsi ilə maraqlanıb və onlara öz tövsiyələrini verib.
WhatsApp müşahidə proqramı Apple tərəfindən silindi
Chatwhatch adlı proqram vasitəsiylə WhatsApp - da kimlərlə danışdığınız görünür. WhatsApp - ın istifadəçilərin online ya da ofline olub olmadıqlarını göstərən xüsusiyyətindən faydalanan proqram , yükləyən hər kəsin, yoldaşlarının WhatsApp - a nə vaxt girdiyini, hər gün saat neçədə yatdığını və hətta o an kimlərlə danışdığını təxmin edir.
Ərəb dilini öyrənmək istəyənlər - Diqqət
Misir Ərəb Respublikasının Ali Təhsil Nazirliyi 2018-2019-ci il tədris ili üzrə Azərbaycan vətəndaşları üçün Misir Ali Təhsil Nazirliyinin nəzdində "Qeyri ərəblər üçün ərəb dili Tədris Mərkəzi"ndə ərəb dili (bir illik) kursu üçün təqaüd proqramı elan edir.
Elçin Mirzəbəyli: “Onların məqsədi Azərbaycanda qarşıdurma yaratmaqdır”
“Bütün bu prosesin ortaq məxrəcdən icra olunduğu göz qabağındadır. Radikal çağırışlar, söyüşlər və təhqirlər Azərbaycan cəmiyyətində ictimai qınaq faktorunu qırmaq üçün atılan addımlardır. Bildiyiniz kimi, söyüş və təhqir dialoqun bitdiyi yerdən başlanır, ondan sonra qarşıdurma və qan gəlir. İndiki halda radikal qüvvələrlə belə bir razılaşmanın əldə olunması sübuta yetirir ki, onların məqsədi Azərbaycanda qarşıdurma yaratmaqdan ibarətdir”.
Yanlışlıqla edam hökmünə məruz qalan 8 günahsız insan
Günahkar bilinib edam olunan bir insana günahsız olduğunu öyrəndikdən sonra " bağışlayın" deyə bilərikmi; Bir insanın həyatına son qoyduqdan sonra peşman olub onu geri gətirə bilməzsiniz. Yanlışlıqla edam olunan və bir daha " bağışlayın " sözünü eşidə bilməyəcək 8 insanı sizlərə təqdim edirik:
Lotu Qulini təhqir etdiyi üçün güllənənən kriminal avtoritet haqqında ŞOK MƏLUMATLAR – VİDEO
Bir müddət əvvəl “Lotu Quli” ləqəbli kiriminal avtoritet Nadir Səlifovu təhqir edən “Opasnı Roma” ləqəbli tanınan və hazırda Fransada yaşayan Rahim Şəkinski güllələnib.
“Onların hansı maliyyə vəsaiti ilə aksiyalar keçirdiyini Azərbaycanda bilməyən yoxdur”
“Radikal müxalifətin bir qrupu özünü Milli Şura adlandıraraq sanki müxalifəti özlərində birləşdirirlər kimi görüntü yaratmaq istəyir. Sanki xalq bu adamları tanımır. Onların hansı maliyyə vəsaiti ilə aksiyalar keçirdiyini Azərbaycanda bilməyən yoxdur”.






.jpg)

.jpg)





