“Onların hansı maliyyə vəsaiti ilə aksiyalar keçirdiyini Azərbaycanda bilməyən yoxdur”

“Radikal müxalifətin bir qrupu özünü Milli Şura adlandıraraq sanki müxalifəti özlərində birləşdirirlər kimi görüntü yaratmaq istəyir. Sanki xalq bu adamları tanımır. Onların hansı maliyyə vəsaiti ilə aksiyalar keçirdiyini Azərbaycanda bilməyən yoxdur”.

"Radikal müxalifətin bir qrupu özünü Milli Şura adlandıraraq sanki müxalifəti özlərində birləşdirirlər kimi görüntü yaratmaq istəyir. Sanki xalq bu adamları tanımır. Onların hansı maliyyə vəsaiti ilə aksiyalar keçirdiyini Azərbaycanda bilməyən yoxdur". Bu fikri politoloq Ramiz Alıyev Milli Şuranın martın 31-ə təyin etdiyi aksiyanı şərh edərkən deyib. O qeyd edib ki, əgər xaricdən və xüsusən də erməni lobbisindən, erməni lobbisinin maliyyə dəstəyi ilə xaricdə fəaliyyət göstərən təşkilatlardan sifarişlər almasaydılar, maliyyə almasaydılar "31 Mart Azərbaycanlıların Soyqırımı Günü" Azərbaycan dövlətinə qarşı mitinq keçirərdilərmi?

"Bu soyqırımı kim törədib, soyqırımın dünyaya tanıdılmasını kimlər istəmir? Əlbəttə ki, ermənilər. Bu sapı özümüzdən olan baltalar da erməni lobbisinin sifarişlərini yerinə yetirərək həmin günü mitinq təyin ediblər. Əslində isə bu adamlar əgər milli müxalifət olsaydılar, onda hamılıqla Soyqırım məzarlığını ziyarət edərdirlər", - deyə politoloq əlavə edib.

Politoloq qeyd edib ki, Azərbaycan xalqı vətən xainlərinə layiq olan cavabı verməlidir: "Bu adamlar artıq xalqımıza düşmən olan bir lobbiyə xidmət etdiklərini açıq şəkildə bəyan edirlər". Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31