Yanlışlıqla edam hökmünə məruz qalan 8 günahsız insan 

Günahkar bilinib edam olunan bir insana günahsız olduğunu öyrəndikdən sonra " bağışlayın" deyə bilərikmi; Bir insanın həyatına son qoyduqdan sonra peşman olub onu geri gətirə bilməzsiniz. Yanlışlıqla edam olunan və bir daha " bağışlayın " sözünü eşidə bilməyəcək 8 insanı sizlərə təqdim edirik:

Günahkar bilinib edam olunan bir insana günahsız olduğunu öyrəndikdən sonra " bağışlayın" deyə bilərikmi; Bir insanın həyatına son qoyduqdan sonra peşman olub onu geri gətirə bilməzsiniz. Yanlışlıqla edam olunan və bir daha " bağışlayın " sözünü eşidə bilməyəcək 8 insanı sizlərə təqdim edirik:

1. Colin Campbell Ross 

Xalası tərəfindən ət alması üçün qəssaba  yollanan kiçik Alma, bir daha evinə geri dönmədi. Polis tərəfindən Gun Alley - də kiçik qızın cəsədi tapıldı. Böyük əks - səda yaradan hadisədən sonra günahkarı tapa bilməyən polislər edilən etirazlara baxmayaraq bar sahibi olan Colin Campbell Rossu həbs etdi. Məhkəməyə çıxarılan Ross, aldığı edam cəzası nəticəsində 24 aprel 1922 - ci ildə edam edildi. İrəliləyən zamanlarda inkişaf edən DNT texnologiyası ilə Rossun günahsız olduğu ortaya çıxdı.

2. Tim Cole

1985 - ci ildə Amerikanın Texas əyalətində, Michele adlı 25 yaşlı qız təcavüzə uğradı. Təcavüz şübhəlisi olaraq nəzarətə alınan Timothy Colenin isə heç bir şeydən xəbəri yox idi. Təcavüz qurbanı Michele, polislərə verdiyi ifadədə Cole - yə bənzəyən birini təsvir etdi və daha sonra nəzarətə alınan Colenin ona təcavüz edən şəxs olduğunu bildirdi. Lakin Michele - in verdiyi ifadədə Cole - nin ona təcavüz etmədən əvvəl və sonra marixuana qəbul etdiyini dilə gətirmişdi. Ortada böyük bir səhv var idi, çünki Cole ağır astma xəstəsi olaraq siqaret tüstüsünü belə özünə yaxın buraxmırdı. Bütün etirazlara baxmayaraq Cole, irqçiliyin da təsiri ilə heç bir şikayət iddiasını qazana bilmədi. 1999 - ci ildə həbsxanada keçirdiyi astma krizi nəticəsində həyatına vida edən Colenin günahsızlığı 2009 - ci ildə aydın oldu.

3. Teng Xingshan 

1989 - ci ildə Çində reallaşan hadisədə Teng Xingshan adlı şəxs cinayət, təcavüz və oğurluq ittihamları ilə həbs olundu. Lakin ortada cəsəd yox idi. Kəndlilərdən biri tanınmayacaq vəziyyətdə bir qadın cəsədi tapdı və polis, cəsədin Shi Xiaorong, yəni Teng - in öldürməklə günahlandırıldığı qadın olduğunu açıqladı. 28 Yanvar 1989 - cu ildə edam edilən Teng - in günahsızlığı 1993-ci ildə kənddən qaçan Shi Xiaorongchr("39")un kəndə geri qayıtması ilə ortaya çıxdı. 

4. Perry ailəsi 

1660 - cı ildə reallaşan hadisədə bir ailənin həyatına son verildi. Perry ailəsinin şansız əhvalatı isə qəsəbədə tanınmış biri olan William Harrison - un cinayəti ilə başladı. William Harrison yoxa çıxdı və Harrison - un xidmətçisi, onun öldürüldüyünü və qatillərin Perry ailəsindən olduğunu ifadə etdi. Polis, xidmətçinin ifadəsinin ardından ana və oğlunu edam hökmünə cəlb etdi. İki il kimi qısa bir vaxtdan sonra öldüyü zənn edilən William Harrison qəsəbəyə geri döndü. Harrison, etdiyi səfərlər zamanı əsir alındığını və Osmanlı İmperatorluğunda kölə olaraq satıldığını söylədi. Lakin Perry ailəsi üçün artıq hər şey gec idi. 

5. Gary Graham 

Hələ 18 yaşındaykən edam cəzasıyla qarşı - qarşıya qalan Gary Graham, 1981 - ci ildə silahlı soyğun və cinayət iddiası ilə nəzarətə alındı. Sadəcə bir şahidin ifadəsinə əsaslanaraq həbs olunan Graham uzun illər həbsxanada qaldıqdan sonra 22 İyun 2000 - ci il tarixində edam edildi. Həbs olunduğu gündən edam edildiyi günə qədər Graham, günahsız olduğunu dilə gətirdi, lakin şikayət haqqı belə qazana bilmədi.

6. Cameron Todd Willingham 

2004 - cü ildə üç uşağını öldürüb, evini yandırdığı səbəbiylə edam edilən Willlingham - ın hekayəsi daha ağırdır... Xilasetmə müəssisəsinin hazırladığı səhv fayl nəticəsində edama məhkum olunan Willinghamın edamından sonra edilən yeni araşdırmalar nəticəsində hazırlanan ilk faylın səhv olduğu, ortaya çıxdı. Willigham - ın son sözləri isə : " Mənim adımı təmizləyin, uşaqlarımın qatili mən deyiləm! " oldu. 

7. George Stinney

14 yaşında edam edilən qara dərili gənc, Amerikan hökmünün üz qarası olaraq tarixdə yerini almış vəziyyətdədir. İki kiçik qızın cinayəti ilə günahlandırılan Stinney, tamamilə ağlardan ibarət münsiflərin qarşısında günahkar çıxarıldı və edam edildi. Bir müddət sonra verilən bir ifadə də Stinney və bacısının cinayətdən çox qısa bir müddət əvvəl bir yoldaşlarıyla görüşdükləri üçün cinayət edənin Stinney olmadığı ifadə edildi.  Bu hadisədən az qalsın bir əsr sonra 2014-ci ildə Stinney - in adı hökmlü faylından çıxarılaraq günahsız olduğu sübuta yetirildi. 

8. Mahmood Hussein Mattan

İngiltərəyə işləmək üçün gələn və ailəsiylə birlikdə İngiltərədə yaşamağa qərar verən Mattan, 1952-ci ildə Lily Volpert - i öldürdüyü iddiası ilə edam edildi. 46 il sonra günahsızlığı sübuta yetirilən Mattan - ın ailəsi və uşaqları 750.000 funt təzminat aldı və Mattan - ın günahı öldükdən yarın əsr sonra ortaya çıxdı. Lakin hadisə İngiltərənin hüquq tarixinə utancverici bir hadisə olaraq yer buraxdı. 

Bəzi ölkələrdə edam hokmü hələ də mövcuddur. Ölkəmizdə isə edam hökmünün qanuna gətirilməsini istəyən insanların sayı isə heç də az deyil. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31