1918-ci il mart soyqırımına həsr olunmuş sərgi
AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) 1918-ci il 31 mart Azərbaycanlıların soyqırımına həsr olunmuş sərgi təşkil olunub. Sərgidə kitabxananın fondlarında mühafizə olunan və soyqırıma dair faktları əks etdirən, tarixi əhəmiyyətliliyi baxımından MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edilmiş kitablar nümayiş olunur. Olaylar.az bildirir ki, Mərkəzi Elmi Kitabxananın fondlarında 1918-ci il Mart soyqırımına aid olan mövcud mənbələr elektron kataloqa salınaraq MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib.
30 Mart 2018 15:00 SosialAMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) 1918-ci il 31 mart Azərbaycanlıların soyqırımına həsr olunmuş sərgi təşkil olunub. Sərgidə kitabxananın fondlarında mühafizə olunan və soyqırıma dair faktları əks etdirən, tarixi əhəmiyyətliliyi baxımından MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edilmiş kitablar nümayiş olunur.
Olaylar.az bildirir ki, Mərkəzi Elmi Kitabxananın fondlarında 1918-ci il Mart soyqırımına aid olan mövcud mənbələr elektron kataloqa salınaraq MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib. Eyni zamanda, soyqırımla bağlı MEK əməkdaşları tərəfindən "31 Mart Azərbaycanlıların Soyqırımı Günü" adlı sənədli film hazırlanıb və filmin nümayişi Sərgi salonunda, MEK monitorlarında və kitabxananın oxucular ucun nəzərdə tutulmuş digər məkanlarında təmin edilib. Mərkəzi Elmi Kitabxanadakı sərgi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" 18 yanvar 2018-ci il tarixli Sərəncamı çərçivəsində təşkil edilib. Bu tarix 1998-ci ildən etibarən Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart "Azərbaycanlıların Soyqırımı Günü" elan edilib. Qeyd edək ki, MEK soyqırım mövzusunda hər il sərgilər təşkil edir, tərəfdaş təşkilatlara soyqırımla bağlı tədbirlərin, sərgilərin kecirilməsində təşkilati və informasiya dəstəyi ver