AzTU-nun alimləri Almaniyada işgüzar səfərdə olublar
Azərbaycan Texniki Universitetinin nümayəndə heyəti Almaniyanın Brandenburq Texniki Universitetində işgüzar səfərdə olublar. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, AzTU-nun nümayəndə heyəti Brandenburq Texniki Universitetinin tədqiqat və elmi inkişaf üzrə vitse-prezidenti, professor X.Hipp, həmçinin tədris və təhsil üzrə vitse-prezidenti, professor M.Koziol tərəfindən qəbul edilib.
30 Mart 2018 14:59 SosialAzərbaycan Texniki Universitetinin nümayəndə heyəti Almaniyanın Brandenburq Texniki Universitetində işgüzar səfərdə olublar. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, AzTU-nun nümayəndə heyəti Brandenburq Texniki Universitetinin tədqiqat və elmi inkişaf üzrə vitse-prezidenti, professor X.Hipp, həmçinin tədris və təhsil üzrə vitse-prezidenti, professor M.Koziol tərəfindən qəbul edilib.
Görüş zamanı AzTU ilə BTU arasında maşınqayırma və metallurgiya sahələri üzrə əməkdaşlığın inkişaf perspektivləri və iş planı, İkili diplom verilməsi ilə nəticələnəcək birgə bakalavr və ya magistr hazırlığı üçün tədris planının işlənməsi müzakirə edilib. Danışıqlarda təhsilin doktorantura səviyyəsində birgə mütəxəssislərin hazırlanması, AzTU, BTU, həmçinin digər partnyor universitetlərin də iştirakı ilə birgə elmi-texniki konfransların, tədris-metodiki seminarların və yay məktəblərinin keçirilməsi məsələlərinin vacibliyi xüsusilə vurğulanıb.
Səfər zamanı AzTU və BTU-da maşınqayırma və metallurgiya sahələri üzrə aparılan elmi-tədqiqat işlərinin geniş təqdimatı keçirilib, eyni zamanda nümayəndə heyətinin üzvləri universitetin müxtəlif kafedralarının zəngin laboratoriya bazaları, TAKRAF maşınqayırma zavodu, daş kömür mədənində istifadə olunan, uzunluğu 500 m olan və dünyanın ən iri hərəkət edən F60 qurğusu ilə tanış olublar.