WhatsApp müşahidə proqramı Apple tərəfindən silindi

Chatwhatch adlı proqram vasitəsiylə WhatsApp - da kimlərlə danışdığınız görünür. WhatsApp - ın istifadəçilərin online ya da ofline olub olmadıqlarını göstərən xüsusiyyətindən faydalanan proqram , yükləyən hər kəsin, yoldaşlarının WhatsApp - a nə vaxt girdiyini, hər gün saat neçədə yatdığını və hətta o an kimlərlə danışdığını təxmin edir. 

İstifadəçilər " son görülmə " funksiyasını bağlasalar belə Chatwatch - a, ətraflı proqnozlar və məlumatlar təqdim edə bilmək üçün 24 saat kifayət edir. 

Proqram, App Store - də ortaya çıxdıqdan qısa müddət  sonra Apple tərəfindən qadağan edildi. Chatwatch - ın yaradıcısı, proqramın Apple tərəfindən hansı səbəbdən silindiyini bilmədiyini və proqramın veb versiyasının çıxacağını söyləyib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31