Gündəm

Sürüşmə prosesi dəyişən ərazilər "Qır gölü", Zığ sürüşmə sahəsi, “Əbədi məşəl" kompleksi...

30 Mart 2018 15:52

Bakıda və Abşeronda bəzi sürüşmə ərazilərində görülən tədbirlər nəticəsində sürüşmə prosesinin tam dayanmasına nail olunub. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

Kosmosda Yeni Kəşf

30 Mart 2018 15:53

Astronomlar ilk dəfə qara materiyasız, işıq və enerjini əks etdirən qalaktika kəşf ediblər. Alimlərin fikrincə, yeni qalaktika Yer planetinin də daxil olduğu Süd yolu qalaktikasının yerləşdiyi fəza sisteminin fundamental hissəsidir. “NGC1052-DF2” yeni qalaktika kosmosda ulduz sisteminin formalaşmasını anlamaq üçün inqilab kimi qəbul oluna bilər. Yel Universitetinin astronomu Peter van Dokkum “Nature” jurnalında dərc olunan məqaləsində qeyd edib ki, bu kəşf alimlərin qara materiyasız qalaktikanın olmaması barədə fərziyyələrini alt-üst edəcək.

KÜNİB Təhsil Sərgisi - Bakıda

30 Mart 2018 15:51

KÜNİB (Qafqaz Universitetləri Birliyi) Türkiyənin təhsil sahəsində qazandığı uğurları qardaş ölkələrlə paylaşmaq üçün Bakıda böyük bir təhsil sərgisi həyata keçirdəcək. Türkiyənin nüfuzlu üniversitetləri təhsil sərgisində iştirak edəcəkdir. Sərgi 31 mart -1aprel tarixlərində Pullman Baku da keçiriləcək.

Ölkədə sabitliyi Azərbaycan iqtidarı qoruyur

30 Mart 2018 15:50

Martın 30 –da Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurasının təşkilatçılığı ilə “İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: neqativ meyllərə qarşı jurnalist həmrəyliyi” mövzusunda tədbir keçirilib.

Ərdoğan: “Fransanın artıq terrordan şikayətlənməyə haqqı qalmayıb”

30 Mart 2018 15:42

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronun Suriya Demokratik Qüvvələrinin (SDQ) nümayəndə heyətini qəbul etməsinə sərt reaksiya verib.

Rauf Arifoğlu: "Prezidentə və ölkəyə qarşı aparılan gözdənsalma kampaniyası seçkilərə görədir"

30 Mart 2018 15:37

Xəbər verdiyimiz kimi,"İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: neqativ meyllərə qarşı jurnalist həmrəyliyi” mövzusunda tədbir keçirilib.  Tədbirdə çıxış edən "Yeni Müsavat” media qrupunun rəhbəri Rauf Arifoğlu deyib ki, media təmsilçilərinin diqqətini bir az əvvəl Azərbaycan dövlətinin əsas sözçülərindən birinin açıqladığı mühüm məlumata çəkmək istəyir: "Prezidentin köməkçisi Əli Həsənov burada detallarla çıxış edərək, olduqca zəngin məlumatlar verdi.

Əli Hüseynli: “Qafqaz İslam Ordusuna qədər Bakıya Şimali Qafqaz müsəlmanları köməyə gəlib”

30 Mart 2018 15:36

“Əsrin əvvəlində Azərbaycanda məhz Bakıda hakimiyyət uğrunda mübarizə getməsinə baxmayaraq, bu gün biz bunu ona görə soyqırımı kimi dəyərləndirə bilirik ki, Azərbaycanın müxtəlif partiyalardan - istər Müsavat istərsə də, bolşevik partiyalarından olan ziyalıları bu məsələyə vahid mövqedən yanaşdılar. Həm Nəriman Nərimanov, həm Məhəmməd Əmin Rəsulzadə bu hadisələri soyqırımı kimi dəyərləndirdilər”.

Nazirlik palçıq vulkanı ilə bağlı məlumat yaydı - alov 150 metr yüksəkliyə qalxıb

30 Mart 2018 15:33

29 mart 2018-ci il tarixində saat 21:10 radələrində Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Ayrantökən palçıq vulkanında püskürmə baş verib.

Cavanşir Feyziyev: “Azərbaycan həqiqətlərinin yayılması istiqamətində çox iş aparılmalıdır”

30 Mart 2018 15:27

“100 il bundan əvvəl, 1918-ci ilin martında minlərcə azərbaycanlı əvvəlcədən düşünülmüş soyqrımı hadisələrinin qurbanlarına çevrilib. 1918-ci ildə regionda sülh yaratmaq naminə Azərbaycan torpaqlarının bir hissəsində tarixdə ilk erməni dövlətinin yaradılması da təəssüflər olsun ki, bunun qarşısını ala bilmədi. XX əsr boyunca azərbaycanlıların öz torpaqlarından sıxışdırılması, kütləvi surətdə deportasiyası, qətlə yetirilməsi davam edib. Torpaqlarımızın 20 faizi işğal edilib. Bu gün 1 milyondan çox vətəndaşımız öz ata-baba yurdlarına dönməyi səbirsizliklə gözləyir”.

Komitə sədrindən etiraz: “Cəmiyyətdə Sovet İttifaqından ötrü sinov gedənləri görürük”

30 Mart 2018 15:26

"Azərbaycan dövlətinin ən böyük qazancı onun müstəqilliyidir. Burada bəzi fikirlər səsləndi ki, bolşeviklərin, kommunistlərin bu hadisələrdə əli yoxdur. Amma birmənalı olaraq deməliyik ki, azərbaycanlıların başına gələn , soyqırımılar, işğallar bolşevik, kommunistlər və ermənilərin əlbirliyi ilə həyata keçriilib.

Parlament soyqırımı ilə bağlı bəyanat qəbul etdi

30 Mart 2018 15:24

Milli Məclisdə keçirilən ermənilərin azərbaycanlılara qarşı soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasda bəyanat qəbul olunub. “Olaylar”ın məlumatına görə, bəyanatı Milli Məclisin sədr müavini Bahar Muradova oxuyub. Bəyanatda deyilir: “1918-ci ilin mart-aprel aylarında Bakı sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla törədilmiş soyqırım cinayətlərindən 100 il keçir.

Vüqar Rəhimzadə: “Azərbaycan-İran münasibətləri yeni mərhələyə qədəm qoyur”

30 Mart 2018 15:20

“Ümumiyyətlə İranla Azərbaycanın tarixi qonşuluq münasibətləri var”. Bunu  “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

100 minlərlə azərbaycanlı erməni şovinistlərinin vəhşilik əməllərinin qurbanı olub

30 Mart 2018 15:16

Martın 30-da Milli Məclis ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclas keçirib. Əvvəlcə millət vəkilləri erməni soyqırımına məruz qalmış azərbaycanlıların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Ardınca spiker Oqtay Əsədov bildirib ki, erməni işğalçılarını dəstəkləyən qüvvələrin Azərbaycan xalqına qarşı düşmənçilik siyasətinin 200 ilə yaxın tarixi var.

Dövlət Əmək Müfəttişliyi Xidməti Şəmkir və Tovuz rayonlarında seminarlar keçirib

30 Mart 2018 15:15

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən müvafiq Tədbirlər Planına uyğun olaraq Şəmkir və Tovuz rayonlarında əmək qanunvericiliyi və onun tətbiqinə dair maarifləndirmə məqsədilə seminarlar keçirilib.