Gündəm
“BP-Azerbaijan”: Güclü küləyin təhlükə yarada biləcəyi bütün işlər dayandırılıb
“BP-Azerbaijan” şirkəti güclühava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirlərini daha da gücləndirib. “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlının “APA-Economics”ə verdiyi açıqlamaya görə, şirkətin hər hava şəraiti üçün müvafiq təhlükəsizlik qaydaları və prosedurları mövcuddur.
Vəkil: "MTN generallarına hökm oxunması təxirə salınıb"
Sabunçu rayon Məhkəməsinin binasında ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri, generallar Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.
Hüquq pozan ən böyük "hüquq müdafiəçisi"
Azərbaycan xalqının adından danışmağa cəhd edən, arqumentsiz, əsassız, sərsəm fikirləri ilə yalnız söyüş və təhqirlər yağdıran bir ovuc ruhi xəstənin virtual tamaşaları, əxlaqsız hərəkətlərlə müşayiət olunan şouları ictimaiyyətin diqqətindən kənarda qala bilməz və cəmiyyət tərəfindən qınanılır. Avropada məskunlaşan virtual "qəhrəman"lardan bəziləri valideyinlərindən, ana-bacılarından alət kimi istifadə edərək, siyasi arenaya qoşulmaq və məşhurlaşmaq niyyətindədirlər. Xalqın nifrətini qazanmaqla məhşurlaşmağa çalışanlar görünür, bunun ikrahdoğurucu olduğunu anlamaqda çətinlik çəkirlər.
Ölən hərbçini məhkəməyə çağırdılar
Ukrayna məhkəməsi ölmüş hərbçini məhkəməyə çağırıb. Söhbət "Qivi" ləqəbi ilə tanınan məşhur komandir Mixail Tolstıxdan gedir. Məhkəmə çağırışının fotosunu rəsmi hökumət qəzeti dərc edib. "Qivi"nin ittiham etdiyi maddələr arasında "terror aktı törətmək", "qanunsuz olaraq azadlıqdan məhrum etmə" də yer alıb.
Məşhur aktyor robot qadına eşq elan etdi - VİDEO
Dünyanın ən məşhur aktyorlarından biri, Hollivud ulduzu Uill Smit ən mükəmməl insanabənzər robot sayılan Sofiya ilə "görüşüb". 49 yaşlı aktyorun androidlə görüşdə sevgi etirafı uğursuzluqla nəticələnib.
Azərbaycan Respublikasının İrandakı Səfiri MEK- də
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Bünyad Hüseynov AMEA Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət edib. Səfir MEK-in Sərgi salonunda, Akademiklər zalında, eləcə də kitabxananın başqa informasiya təminatı məkanlarında mühafizə olunan Azərbaycan və dünyamədəniyyətini, tarixini əks etdirən sənədlərlə tanış olub.
Hava şəraiti ilə əlaqədar 1000 nəfərdən çox işçi təxliyyə edilmişdir
Martın 30 və 31-də açıq dənizdə proqnozlaşdırılan hava şəraitinin kəskinləşməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə dənizdə fəaliyyət göstərən bütün struktur bölmələri məlumatlandırılmışdır. SOCAR-ın idarə aparatı və sahələrdə növbətçilik təşkil olunmuşdur. Hava və dəniz nəqliyyatları vasitəsi ilə ümumi 1000 nəfərdən çox işçilərin sahilə çıxarılması üçün tədbirlər görülmüş və yerinə yetirilmişdir. Dəniz neft-qazçıxarma obyektlərində yalnız istehsalat zərurətinin tələb etdiyi qədər işçilər saxlanılmışdır.
Məşhur mahnıların söz yazarı imkansızlıqdan diləndi - "Tacirdən dərman pulu istədim, vermədi" - VİDEO
“Bağban məni yaralama”, “Ana Kürüm” və s. Kimi məşhur mahnıların söz yazarı olan Şərafət Dağıstanlı çətin vəziyyətdə olduğunu və yardıma ehtiyacı olduğunu bildirib.
Deputatımız Rusiyaya səfər edib
Milli Məclisin deputatı Mixail Zabelin Moskvada keçirilən beynəlxalq konfransda iştirak etmək üçün Rusiyaya səfər edib. Milli Məclisdən “Olaylar”a verilən məlumata görə, səfərdə məqsəd “Rusiya ilə Azərbaycan arasında strateji əməkdaşlığın inkişafı və möhkəmləndirilməsinin əsas prinsipləri” mövzusuna həsr olunmuş konfransda iştirak etməkdir. Tədbirdə iki ölkə arasında strateji əməkdaşlığın gələcək inkişaf istiqamətləri müzakirə olunacaq, bu barədə müzakirələr aparılacaq.
Budapeştdə 15 -ci Dünya Çempionatı keçiriləcək
Ənənəvi olaraq hər il Beynalxalq Kempo Federasiyası tərəfindən keçirilən Dünya çempionatına bu il Macarıstanın Budapeşt şəhəri ev sahibliyi edəcək. Ümumilikdə Beynalxalq Kempo Federasiyasının tərkibində 120 ölkə var. Bu il 15 - cisi keçiriləcək çempionatda hər il 90 ölkə iştirak edir. Azərbaycanın da iştirak edəcəyi yarışda ölkəmizi 15 idmançı təmsil edəcək.
Bakıda hədə-qorxu ilə pul tələb edən şəxs tutulub
Bakıda hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Həsənov martın 25-də tanış olduğu bir qadının onu M.Qaşqay küçəsindəki evə qonaq çağırdığını bildirib.
Maştağa sakini həyat yoldaşını qətlə yetirib
Paytaxt Bakıda qətl hadisəsi törədilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 29-da Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Zamin Rəsulov ailə-məişət münaqişəsi zəminində arvadı Natəvana bıçaqla xəsarət yetirib.
Zakir Qaralov Ağcabədidə qəbul keçirib
Baş prokuror Zakir Qaralov bu gün Ağcabədi rayon prokurorluğunun inzibati binasında Ağcabədi, Beyləqan, Tərtər, Ağdam, Füzuli, Laçın və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Baş prokuror bölgədə yaşayan 61 vətəndaşın müraciətini dinləyərək, qaldırılan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, digər müraciətlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Hərbi hissəyə baxış keçirilib
Ombudsman Aparatının əməkdaşları Daxili Qoşunların və Mülki Müdafiə Qoşunlarının Bakı şəhərindəki “N” saylı hərbi hissələrinə plan üzrə baxışlar keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, əməkdaşlar tərəfindən hərbi hissələrin bütün obyektlərinə baxış keçirilib, hərbi qulluqçular üçün yaradılmış xidmət şəraiti, komandirlərin şəxsi heyətə münasibəti, həmçinin qidanın keyfiyyəti və müalicə işinin təşkili müsbət qiymətləndirilib.
Region üçün nümunəvi olan İran-Azərbaycan əməkdaşlığı
Azərbaycanın xarici siyasətdə yürütdüyü balanslı siyasət həm Bakının yaxın, həm də uzaq qonşuları tərəfindən yüksək dəyərləndirilir, təqdir olunur. Məhz bu mövqeyinə görə, əksəriyyət ölkələr Cənubi Qafqaz regionunda Azərbaycanla daha yaxın əlaqələr qurmaq, Bakı ilə münasibətləri daha da inkişaf etdirmək istəyirlər.














