Gündəm
SON QƏRAR: Bütün ticarət mərkəzləri yoxlanılacaq - Rusiyada
Rusiya ərazisində bütün ticarət mərkəzləri yoxlanılacaq. Bunu Rusiyanın baş prokuroru Yuriy Çayka Yekaterinburqa səfəri çərçivəsində bildirib. Baş prokurorun sözlərinə görə, böyüklüyündən asılı olmayaraq bütün ticarət mərkəzləri yoxlamaya cəlb olunacaq: "Göstəriş vermişəm. Yoxlamalar 1 ay ərzində yekunlaşacaq".
MİT Kosovada gizlənən FETÖ-çülərı tutub gətirdi
Türkiyənin MİT təşkilatı FETÖ-nun Balkanlardakı şəbəkəsinin başçılarını Kosovada yaxalayaraq xüsusi təyyarə ilə ölkəyə gətirib. Cihan Özkan, Kahraman, Demirez, HasanHüseyin Günakan, Mustafa Erdem, Osman Karakaya və Yusuf Karabina Kosovada MİT-in keçirdiyi xüsusi əməliyyat nəticəsində tutularaq İstanbula gətirilib.
Roma Papasından maraqlı AÇIQLAMA: Cəhənnəm yoxdur
Hakerlər hansı sahələrə daha çox hücum edir? - “KASPERSKY LAB” AÇIQLADI
“Kaspersky Lab ICS CERT”nin ekspertləri 2017-ci ilin ikinci yarısında sənaye avtomatlaşdırılması sistemiləri üçün təhlükələr landşaftı üzrə apardıqları araşdırmanın nəticələrini açıqlayıb.
Ağsaqqallar Şurası prezident seçkiləri ilə bağlı toplantı keçirib
Azərbaycan Ağsaqqallar Şurası 11 aprel prezident seçkiləri ilə bağlı yığıncaq keçirib. Məlumata görə, iclasda çıxış edən Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov Azərbaycanda seçkilərin nümunəvi keçirildiyini, demokratiyanın, insan haqlarının qorunduğunu deyib: "Əminəm ki, seçkilər uğurla keçiriləcək. Bu gün ağsaqqalların yığışmasının məqsədi ölkədə sabitlik, insanların dinc, xoşbəxt həyat sürməsi və Heydər Əliyev yolunun davam etdirilməsinin zəruriliyini gənclərə, əhaliyə ağsaqqal sözü ilə çatdırmaqdan ibarətdir. Ölkə inkişaf edirsə, bu, gənclər üçündür. Ölkənin gələcəyi gənclərin gələcəyidir".
Gürcü politoloq: “31 mart soyqırımını törədənlərin cəzalandırılmaması Xocalı və Abxaziyada qətliamlara gətirib çıxarıb”
“1918-ci il 31 mart soyqırımını törədənlərin cəzalandırılmamasıXocalı və Abxaziyada qətliamlara gətirib çıxarıb”. Məlumata əsasən, bunu Suxumi Dövlət Universitetinin professoru, gürcü politoloq Quram Marxuliya Azərbaycanın Gürcüstandakı səfirliyində 31 mart – Azərbaycanlıların soyqırımı gününün 100-cü ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
Regional proqramlar ucqar dağ rayonlarında da inkişafa səbəb olub
Bu gün Azərbaycan öz sürətli inkişaf dövrünü yaşayır. Bütün sahələrdə əldə edilən nailiyyətlər ölkəmizin iqtisadi reytinq göstəricilərini ildən-ilə yaxşılaşdırmaqla yanaşı, əhalinin rifah halının yüksəldilməsinə də müsbət təsir göstərir. Azərbaycanın hərtərfli inkişafını şərtləndirən mühüm amillərdən biri düzgün şəkildə həyata keçirilən siyasətdirsə, digəri isə uğurlu islahatlar, zamanında qəbul edilən qərarlardır. Bu baxımdan 2004-cü ildən mərhələli şəkildə icra edilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramını xüsusi qeyd etmək lazımdır. Məlumat üçün qeyd edək ki, ötən illər ərzində artıq üçüncü proqramdır ki, icra olunur və hər bir proqram da uğurla icra edilib. Bunu ötən illər ərzində regionların dəyişən siması fonunda görmək mümkündür. Sevindirici haldır ki, bu inkişaf respublikanın hər bir bölgəsində, şəhərində, rayonunda, qəsəbəsində, hətta kəndində belə özünü göstərir. Eyni zamanda regionlar proqramlar ucqar dağ rayonlarında da sürətli inkişafa səbəb olub. Hansı ki, sözügedən proqramlar icra edilənə qədər həmin rayonlarda hansısa inkişafdan danışmaq qeyri-mümkün idi.
4 evi qarət edən şəxs ələ keçib
Silsilə oğurluqla məşğul olan şəxslər ifşa ediliblər. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluq etmiş Z.Suleykinin Suraxanı rayonu ərazisindəki 4 evdən oğurluq etməsi də müəyyən edilib. Zaur Suleykinin ətrafında Kriminalistik Tədqiqatlar İdarəsi və Suraxanı RPİ 31-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il noyabrın 1-dən fevralın 25-dək olan müddətdə rayon ərazisindəki 4 evdən pul, ərzaq məhsulları, qızıl, gümüş və məişət əşyaları oğurlaması da müəyyən edilib.
Paytaxtda soyğunçuluqla məşğul olan şəxslər saxlanıb
Soyğunçuluq etməkdə şübhəli bilin Bakı şəhər sakinləri saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini D.Fukalov rayon ərazisində 2 naməlum şəxsin zor tətbiq edərək ondan 1080 manat və 168 ABŞ dollarını aldıqlarını bildirib.
Azərbaycan məktəblisi Avropadan qızıl medalla qayıdıb
Bakı məktəblisi Almaniyada sərbəst güləş üzrə keçirilən beynəlxalq turnirdə I yerə layiq görülüb. “OLAYLAR” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki Texniki-Humanitar liseyin IX sinif şagirdi Bəhlul Məmmədov 54 kiloqram çəkidə bütün rəqibləri üzərində qələbə qazanıb. Məktəbli diplom və kubokla təltif olunub.
54 yaşlı aktrisamız müğənniliyə başladı - İLK MAHNISI
Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktrisası Naibə Allahverdiyeva bu gündən sonra efirlərdə müğənnilik qabiliyyətini də nümayiş etdirəcək. Lent.az-ın məlumatına görə, 54 yaşlı aktrisa bu barədə “APA TV”-nin “Show time” verilişində danışıb.
"İrəli" İctimai Birliyi Mart Soyqırımı ilə bağlı aksiyaya başlayıb
İnformasiya müharibəsinin sürətlə artdığı bir dövrdə, "İrəli" İctimai Birliyi sosial şəbəkələrdə erməni təcavüzkarlarının törətdiyi soyqırımla bağlı aksiyalara start verib. İctimai Birlikdən “OLAYLAR”-a bildirilib ki, aksiyaların keçirilməsində məqsəd bütöv Azərbaycanı parçalamaq arzusunda olan erməni təcavüzkarlarının xalqımızın başına gətirdiyi müsibəti dünya ictimaiyyətinə çatdırmaq, soyqırım haqqında məlumatsız olan insanları insanlığa qarşı törədilmiş cinayət haqqında məlumatlandırmaqdır.
Turizmin inkişafına təkan verəcək yol çəkilir
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolu layihəsi həyata keçirilir, Ageentlikdən “OLAYLAR”-a bildirilib ki, Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun uzunluğu 24.5 km təşkil edir. Torpaq və çınqıl örtüklü olmaqla yolun eni 4-5 metr təşkil edir. Yolun ensiz olması və indiyə qədər asfalt-beton örtüklə tikintisinin aparılmaması vətəndaşların rahat gediş-gəlişinə maneə yaradırdı. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun tikintisinə start verilməsi gediş-gəlişlə yaşanan problemləri geridə qoymağa başlayıb.
Müəllim və valideynlərin müraciəti dinlənilib
Martın 30-da paytaxtda müəllim və valideynlərin növbəti səyyar qəbulu keçirilib. “OLAYLAR” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.












.jpg)

