Roma Papasından maraqlı AÇIQLAMA: Cəhənnəm yoxdur
30 Mart 2018 16:53 DünyaRoma Papası Fransisk ateist jurnalist Eudcenio Skalfari ilə söhbətində deyib ki, cəhənnəm adlanan bir şey mövcud deyil. Jurnalist pontifikin fikirlərini italyan nəşrinə danışıb: "Kim ki, Tanrıya sığınır, tövbə edir, onun günahları bağışlanılır. Kim ki, tövbə etmir, onun günahları bağışlanılmır və o, yox olur. Cəhənnəm mövcud deyil, yalnız günahkar qəlblərin yox olması baş verir".
Qeyd edək ki, bu məlumatın dərc olunmasından sonra Vatikan bəyanatla çıxış edib. Məlum olub ki, Roma Papası müsahibəyə razılıq verməyib və bu sitat ona məxsus deyil. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31