"İrəli" İctimai Birliyi Mart Soyqırımı ilə bağlı aksiyaya başlayıb

İnformasiya müharibəsinin sürətlə artdığı bir dövrdə, "İrəli" İctimai Birliyi sosial şəbəkələrdə erməni təcavüzkarlarının törətdiyi soyqırımla bağlı aksiyalara start verib. İctimai Birlikdən “OLAYLAR”-a bildirilib ki,  aksiyaların keçirilməsində məqsəd bütöv Azərbaycanı parçalamaq arzusunda olan erməni təcavüzkarlarının xalqımızın başına gətirdiyi müsibəti dünya ictimaiyyətinə çatdırmaq, soyqırım haqqında məlumatsız olan insanları insanlığa qarşı törədilmiş cinayət haqqında məlumatlandırmaqdır.

İnformasiya müharibəsinin sürətlə artdığı bir dövrdə, "İrəli" İctimai Birliyi sosial şəbəkələrdə erməni təcavüzkarlarının törətdiyi soyqırımla bağlı aksiyalara start verib. İctimai Birlikdən "OLAYLAR"-a bildirilib ki,  aksiyaların keçirilməsində məqsəd bütöv Azərbaycanı parçalamaq arzusunda olan erməni təcavüzkarlarının xalqımızın başına gətirdiyi müsibəti dünya ictimaiyyətinə çatdırmaq, soyqırım haqqında məlumatsız olan insanları insanlığa qarşı törədilmiş cinayət haqqında məlumatlandırmaqdır.

Aksiyaya qoşulmaq istəyən şəxslər twitter sosial şəbəkəsi üzərindən#31March1918 #31MarchGenocide #Azerbaijan #ireli2018 haştaqları ilə müxtəlif məlumatlandırıcı paylaşımlar etməklə Azərbaycan həqiqətlərinin daha böyük auditoriyalara çatdırılmasına nail ola bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31