Azərbaycan məktəblisi Avropadan qızıl medalla qayıdıb

Bakı məktəblisi Almaniyada sərbəst güləş üzrə keçirilən beynəlxalq turnirdə I yerə layiq görülüb.  “OLAYLAR” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki Texniki-Humanitar liseyin IX sinif şagirdi Bəhlul Məmmədov 54 kiloqram çəkidə bütün rəqibləri üzərində qələbə qazanıb. Məktəbli diplom və kubokla təltif olunub.

Bakı məktəblisi Almaniyada sərbəst güləş üzrə keçirilən beynəlxalq turnirdə I yerə layiq görülüb.  "OLAYLAR" xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki Texniki-Humanitar liseyin IX sinif şagirdi Bəhlul Məmmədov 54 kiloqram çəkidə bütün rəqibləri üzərində qələbə qazanıb. Məktəbli diplom və kubokla təltif olunub.

B.Məmmədov sərbəst güləş idman növü ilə qısa müddət məşğul olmasına baxmayaraq, həm ölkə, həm də beynəlxalq səviyyəli yarışlarda yüksək nailiyyətlər əldə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31