Gündəm
Sabiq millət vəkili danışdı: "Oğlumun biabırçı videosunu yaydılar"
Reper Anar Nağılbazın atası, Milli Məclisin sabiq deputatı Rizvan Cəbiyev keçmiş gəlini Anjelika Cəbiyevanın onun şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılması haqda xəbərlərə aydınlıq gətirib.
Dələduzluqla 60 min manat ələ keçirən şəxs saxlanılıb
Bakıda dələduzluq yolu ilə 60000 manat ələ keçirən şəxs polislər tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinə müraciət edən vətəndaş Anar Səfərov qeyd edib ki, Cahid adlı şəxs ona yalan vəd verərək depolardan tibbi ləvazimatlar alıb apteklərə satmaq yolu ilə gəlir əldə edəcəklərini bildirərək 60000 manat pulunu ələ keçirib. Zərərçəkən həmin şəxsə 2017-ci ilin aprel ayında Bakıxanov qəsəbəsində həmin işin görülməsi müqabilində pul verəndən sonra isə Cahid verdiyi vədə əməl etməyək onu aldadıb.
Çexiyanın da adı Rusiyanın "qara siyahı"sına düşdü - 3 diplomat çıxarılır
Çexiyanın Rusiyada fəaliyyət göstərən 3 diplomatı ölkədən çıxarılır. Məlumata görə, bu barədə Rusiya XİN-dən bildirilib.
Bakıda psixotrop tərkibli dərman satanlar tutuldu
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən insan orqanizminə ciddi zərər vuran, satışı müvafiq qanunvericiliyə əsasən qadağan olunan və yaxud məhdudlaşdırılan psixotrop tərkibli dərman preparatlarının alqı-satqısının qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.
Gəlmə turizm komitəsinə yeni rəhbər seçilib
Azərbaycan Turizm Assosiasiyasının gəlmə turizm komitəsinin növbəti iclası keçirilib. Assosiyasiyadan “Olaylar”a verilən məlumata görə, iclasın gündəliyinə komitənin yeni rəhbərinin seçilməsı məsələsi daxil edilib. Komitə üzvlərinin səsverməsi nəticəsində, gəlmə turizm komitəsinin yeni rəhbəri Nəsib Usubov (A La Carte Travel) seçilib. Komitə rəhbərləri AZTA-nın daxili prosedurlarına uyğun olaraq, bir il müddətinə seçilir. Bundan öncə həmin komitəyə rəhbərliyi Murad Kərəmov edirdi.
Əflatun Amaşov: "Rəhim Namazov adlı jurnalist olmayıb, bu ad media ictimaiyyətində hər hansı təsəvvür formalaşdırmır"
Rəhim Namazov adlı jurnalist olmayıb, bu ad media ictimaiyyətində hər hansı təsəvvür formalaşdırmır. Məlumata görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov Rəhim Şəkinski olaraq göstərilən Rəhim Namazov adlı şəxsin Fransada güllələndiyinə və həmin şəxsin guya jurnalist olduğuna dair yayılan məlumatlara münasibət bildirərkən deyib.
Azərbaycanla İran arasında münasibətlər yeni müstəviyə daxil olur
Azərbaycanla İran arasında münasibətlər yeni müstəviyə daxil olur. Bunu Milli Məclisin deputatı, iqtisadiyyat elmləri doktoru Rüfət Quliyev deyib. İran Prezidenti Həsən Ruhaninin Azərbaycana səfərini şərh edən deputat qeyd edib ki, ölkələr arasındakı iqtisadi və siyasi münasibətlər uğurla inkişaf etməkdədir: “Mən son illərdə iki dövlət başçısı arasındakı görüşlərin müntəzəmliyini qeyd etmək istərdim. Bu və digər amillər onu göstərir ki, Azərbaycanla İran arasında münasibətlər yeni müstəviyə daxil olur. Prezidentlər arasındakı görüş, Bakıda keçirilmiş biznes forum, ölkələr arasında imzalanmış sənədlər həm siyasi, həm də iqtisadi münasibətlərin möhkəmlənməsini ifadə edir”.
Azərbaycan İranın dünya maliyyə bazarlarına çıxışı üçün körpü rolunu oynayır
“Azərbaycan İranın dünya maliyyə bazarlarına çıxışı üçün özünəməxsus körpü rolunu oynayır”.Bunu Milli Məclisin deputatı, iqtisadiyyat elmləri doktoru Rüfət Quliyev deyib. Deputatın sözlərinə görə, hazırda İran dünya maliyyə bazarlarına çıxışda və beynəlxalq ödəniş sistemlərinin tətbiqində müəyyən çətinliklərlə üzləşir: “ABŞ və Avropa ölkələri tərəfindən tətbiq olunan sanksiyalarla əlaqədar İranın maliyyə və bank sahələrində problemləri mövcuddur. Yalnız qısa müddət əvvəl onlar beynəlxalq ödəniş sistemlərinə qoşulmağa başlayıblar, amma problemlər əvvəlki kimi qalmaqdadır”.
MSK: "İndiyədək 543 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib"
Azərbaycanda seçkilərdə respublika üzrə müşahidə aparmaq üçün 1285 müşahidəçi Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib. Bunu MSK sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.
MSK seçkilərdə vebkameralardan istifadəni təsdiqlədi
2008-ci ildən etibarən Azərbaycanda seçkilərədə vebkameraların tətbiqinə başlanılıb. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov MSK-da seçkilərdə vebkameralardan istifadə edilməsi ilə bağlı məsələnin müzakirəsi zaman deyib.
Lukaşenko Moskvanı HƏDƏLƏDİ: “Xoşbəxtliyimizi başqa yerlərdə…”
Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə görüşərək Belarus məhsullarının Rusiyaya çatdırılması məsələlərini müzakirə etmək niyyətindədir. Bu haqda Belarus prezidentinin özü bildirib. “Əgər Rusiya bizi anlamırsa və anlamaq istəmirsə, onda inaqurasiyadan sonra prezidentlə görüşək və bütün məsələləri ətraflı və əsaslı şəkildə müzakirə edək”, - Lukaşenko deyib.
Evində saxladığı kərtənkələlərə yem oldu
Ronald Huff - ın 2002 - ci ildəki ölümü yenidən gündəmə gəlib. Evində böyük kərtənkələlər saxlayan Huff - ın bir müddət işə gəlməməsindən narahat olan dostları polisə xəbər verdikdən sonra evində qanlar içərisində tapılan Huff, böyük səs - küyə səbəb olmuşdu.
Xilasedicilər avtomobildən sürücünün cəsədini çıxarıblar
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonunda "Mercedes" markalı minik avtomobili və "Ford" markalı yük avtomobilinin toqquşması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyindən “Olaylara”a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücüsünün cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Mənzildə ev sahibinin yanmış meyiti aşkar olunub
Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 60 m2 olan 2 otaqlı mənzildə 1 ədəd çarpayı və 2 ədəd televizor yanıb. Yanğının kəşfiyyatı zamanı 1964-cü il təvəllüdlü Seyidov Slavik Seyid oğlunun qismən yanmış meyiti aşkar olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Qusarda regional logistik mərkəz yaradılır
Martın 30-da İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Qusar rayonunun Yuxarı Zeyxur kəndində investisiya layihələrinin maliyyələşdirilməsi tədbiri keçirilib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forum çərçivəsində Qusar rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan startap və kənd turizmi layihələrinin, tərəvəzçilik və intensiv bağçılıq təsərrüfatlarının, müasir meyvə-tərəvəz və süd emalı müəssisələrinin, ixtisaslaşdırılmış “yaşıl market” və logistik mərkəzin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.














