Evində saxladığı kərtənkələlərə yem oldu
Ronald Huff - ın 2002 - ci ildəki ölümü yenidən gündəmə gəlib. Evində böyük kərtənkələlər saxlayan Huff - ın bir müddət işə gəlməməsindən narahat olan dostları polisə xəbər verdikdən sonra evində qanlar içərisində tapılan Huff, böyük səs - küyə səbəb olmuşdu.
30 Mart 2018 17:08 DünyaRonald Huff - ın 2002 - ci ildəki ölümü yenidən gündəmə gəlib. Evində böyük kərtənkələlər saxlayan Huff - ın bir müddət işə gəlməməsindən narahat olan dostları polisə xəbər verdikdən sonra evində qanlar içərisində tapılan Huff, böyük səs - küyə səbəb olmuşdu.
Animal Planet adlı kanalda yayımlanan proqramda Ronald Huff - ın ölümü yenidən gündəmə gətirilib.
Evindəki otaq tempuraturunu belə kərtənkələlərə görə uyğunlaşdıran Huff, yeddi " ətyeyən " kərtənkələsini kiçik heyvanlarla qidalandırırdı.
Ronald Huff qanlar içində yerdə yatarkən, kərtənkələlərdə üzləri qanlı halda yerdə sürünürdü. Polislər çətinliklədə olsa kərtənkələləri evdən kənarlaşdıra bilmişdi.
Huff - ın cəzədi araşdırıldıqdan sonra kərtənkələlər tərəfindən yeyildiyi ortaya çıxmışdı. Lakin hələdə bilinməyən tək şey kərtənkələlərin Huff - ı, öldürərək yedikləri yoxsa Huff öldüyü üçünmü yedikləridir.