Hüquq pozan ən böyük "hüquq müdafiəçisi"
Azərbaycan xalqının adından danışmağa cəhd edən, arqumentsiz, əsassız, sərsəm fikirləri ilə yalnız söyüş və təhqirlər yağdıran bir ovuc ruhi xəstənin virtual tamaşaları, əxlaqsız hərəkətlərlə müşayiət olunan şouları ictimaiyyətin diqqətindən kənarda qala bilməz və cəmiyyət tərəfindən qınanılır. Avropada məskunlaşan virtual "qəhrəman"lardan bəziləri valideyinlərindən, ana-bacılarından alət kimi istifadə edərək, siyasi arenaya qoşulmaq və məşhurlaşmaq niyyətindədirlər. Xalqın nifrətini qazanmaqla məhşurlaşmağa çalışanlar görünür, bunun ikrahdoğurucu olduğunu anlamaqda çətinlik çəkirlər.
30 Mart 2018 16:22 SiyasətAzərbaycan xalqının adından danışmağa cəhd edən, arqumentsiz, əsassız, sərsəm fikirləri ilə yalnız söyüş və təhqirlər yağdıran bir ovuc ruhi xəstənin virtual tamaşaları, əxlaqsız hərəkətlərlə müşayiət olunan şouları ictimaiyyətin diqqətindən kənarda qala bilməz və cəmiyyət tərəfindən qınanılır. Avropada məskunlaşan virtual "qəhrəman"lardan bəziləri valideyinlərindən, ana-bacılarından alət kimi istifadə edərək, siyasi arenaya qoşulmaq və məşhurlaşmaq niyyətindədirlər. Xalqın nifrətini qazanmaqla məhşurlaşmağa çalışanlar görünür, bunun ikrahdoğurucu olduğunu anlamaqda çətinlik çəkirlər.
Vidadi İsgəndərli kimi heç tanınmayan biri virtual video- şoumenliyə başlayanda, ola bilsin ki, özünü virtioz hesab edib. Hətta özü-özünü o dərəcədə bəyənib ki, bu video-şouların silsilə xarakterdə olmasına da ciddi-cəhd edir. Amma sui-istifadə etməyə səy göstərdiyi bəzi görüntülər onun simasını üzə çıxarmaqdadır və bunu özü də inkar edə bilməz. Yəni ata qəbrinin yaxınlığında xaçlı məzarların olmsı bu virtual pəhləvanlıq xülyasında olan avantüristin peşəkar şoumenlik iddiasını tamamilə alt-üst etdi. V.İsgəndərlini, guya ki, özündən çıxaran videodakı qəbiristanlığın onların ərazisinə heç bir aidiyyatı olmadığını bir vaxtlar yaşadığı kəndin sakinləri, həmkəndliləri birlikdə açıq şəkildə bildirdilər və onun ittihamlarının əsassız olduğunu sübut etdilər.
Maraqlıdır, insan öz atasının dəfn olunduğu məzarlığı necə səhv sala bilər? Belə bir adamın yaydığı video-görüntülər nəyə xidmət edə bilər? Bunu təəssübkeşlik, namus, qeyrət kimi dəyərləndirmək olarmı? Əsla, yox. Əgər V.İsgəndərli ata-babalarının mədfənini tanımırsa, onun qəbrin təhqir olunması səbəbindən, hay-küy salması çox bayağı səslənir və hərəkətləri də artistlikdən başqa heç cür dəyərləndirilə bilməz. Yox, əgər tanıyaraq, bilərək ki, bu, həmin məzarlıq deyil, yenə də bundan istifadə etməsi, şou düzəltməsi isə avantüristlik və hiyləgərliklə yanaşı, həm də şərəfsizlikdir.
Prezidentə qarşı uyğunsuz ifadələr, ölkə simvollarını təhqir etmək və hüquq pozuntusu deməkdir
Siyasi dividend qazanmaq xülyası və amacı ilə valideyninin qəbrini dövriyyəyə buraxan biri hakimiyyət barədə şər və böhtalarına, əsassız, arqumentsiz ittihamlarına kimi inandırmağa çalışır? Maraqlıdır, bu simasızın məqsədi nədir və bu video-çəkilişlərə istinad edib haray-həşir qoparmaqla, dezinformasiyalar yaymaqla nə istəyir? Bəlkə bu xalqın öz prezidentinə olan məhəbbətinə və etibarına qarşı çıxmaqla, daxili vətəndaş müharibəsi arzusundadır? Yoxsa demokratiya adı altında hərc-mərclik və xaos yaranmasını istəyir? Çirkin niyyətlərinin gerçəkləşməsini arzulayan bu adamın bütün davranışları ruhi xəstəlik simptomlarıdır. Əlamətlər və arqumentlər sübut edir ki, bu şizofrenikin məqsədi heç də demokratiya, vətən təəssübkeşliyi, insanların hüquq və azadlığı deyil. Əgər Azərbaycan bu mühacirin timsalında digərlərinin də maraq dairəsindədirsə, utanmadan vətən dedikləri dardadırsa, buyursunlar gəlsinlər və vətən üçün hər kəs kimi bacardıqlarını əsirgəməsinlər. Əks-halda, qürbət ölkədə əl açıb, sığınacaq tapıb yerlərini rahatlayandan sonra, ya ölkəsinin qayğısına qalan kimi özlərini aparmasınlar, ya da vətən qeyrəti çəkən kimi özlərini təqdim etməsinlər. Qeyri-etik davranışlarla, tərbiyəsizliklə uyğunsuz ifadələr işlətmək, ölkə simvollarını təhqir etmək, öz növbəsində, hüquq pozuntusudur. Mənəvi nöqteyi-nəzərdən isə, bu hərəkətlər mədəniyyətsizlik, tərbiyəsizliklə yanaşı, həm də xəyanətdir.
Vidadi İsgəndərlinin Azərbaycana yağdırdığı həqarətlər daha çox dövlət əleyhinə kampaniyanın tərkib hissəsidir
V.İsgəndərli baş prokurorluqda nə vaxtsa çalışıb və qanunsuz əməllərinə görə təqsirli bilinərək, barəsində həbs qərarı, azadlıqdan məhrumetmə cəzası seçilib. Seçilmiş cəzadan yaxa qurtarmaq üçün qanunsuz yolla ölkəni tərk etməklə qaçıb gizlənib, Fransada özünü siyasi mühacir adlandırıb. Bununla da, kifayətlənməyən İsgəndərli ölkə əleyhinə, dövlət atributları və simvolları əleyhinə işlər də aparır. V.İsgəndərli özünü hüquq müdafiəçisi kimi qələmə verir, amma hüquq pozucusu kimi tanınır. İnsanların hüquqlarını pozmaq siyasəti yürütdüyü də kimsə üçün sirr deyil. İndi bu şəxs Fransada oturub müəyyən təşkilatların, qurumların sifarişi ilə ölkə əleyhinə əks-təbliğat aparır və dezinformasiyalar yayır. Söyüş kampaniyasına qoşulan bu mühacir səviyyəsiz videogörüntüləri sosial şəbəkərlərdə paylaşmaqla, ictimaiyyətin nifrətini qazanıb. Sosial şəbəkələr vasitəsilə daha çox Qurban Məmmədovla yazışır və məlum olur ki, onu da özünə tay tapıb və iş birliyindədir. Bəlli olur ki, sən demə, liana zəhər verən kərtənkələlər öz içimizdədir və bizə hədəflənən də sapı özümüzdən olan baltalardır.
Vidadi İsgəndərlinin Avropadan Azərbaycana yağdırdığı həqarətlər şəxsi ada qarşı hücumlardan daha çox dövlət əleyhinə kampaniyanın tərkib hissəsidir. Yaşadığı qadından, ikinci həyat yoldaşından doğulan övladını burada bir kənara ataraq, özündən bir mələk obrazı formalaşdırmağa çalışan İsgəndərli, bütünlüklə, çirkab içindədir və utanmadan bu çirkab girdabından da hələ ölkəmizə "demokratiya" vəd edir.
Normal təhsili olmayan, məhdud düşüncə sahibi İsgəndərlidən söyüşdən artıq heç nə gözlənilmir. Əxlaq normalarına və dəyərlərə sığmayan fəaliyyətin də heç vaxt faydasını görə bilmərik və bu şəxslər yaxın zamanlarda qanun qarşısında cavab verəcəklər. Artıq Avropa ölkələrində də qınaq obyektinə çevrilmiş bu mühacir xainlərin barəsində müvafiq ölçü götürülməsi haqqında da düşünülür. Özünün dediyi kimi, ermənilərdən təşəkkür mesajları alan bu xaini tezliklə Azərbaycan xalqı, dövləti və qanunları ittiham edəcək, müvafiq şəkildə cəzalandıracaq. Xainlərin istər qanunvericilikdən, istərsə də xalqın məzəmmətindən yaxa qurtarmaq şansları yoxdur.
Sia.az