Bakıda hədə-qorxu ilə pul tələb edən şəxs tutulub
Bakıda hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Həsənov martın 25-də tanış olduğu bir qadının onu M.Qaşqay küçəsindəki evə qonaq çağırdığını bildirib.
30 Mart 2018 16:01 KriminalBakıda hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Həsənov martın 25-də tanış olduğu bir qadının onu M.Qaşqay küçəsindəki evə qonaq çağırdığını bildirib. Dediyinə görə, sonradan həmin evə gələn 2 naməlum şəxs özlərini həmin qadının əri və qohumu kimi təqdim edib, onu hədələyərək 5000 manat pul verməsini tələb ediblər. Polis əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən şəxslərdən biri qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş Həmid Alməmmədov olduğu müəyyən edilib.