Region üçün nümunəvi olan İran-Azərbaycan əməkdaşlığı
Azərbaycanın xarici siyasətdə yürütdüyü balanslı siyasət həm Bakının yaxın, həm də uzaq qonşuları tərəfindən yüksək dəyərləndirilir, təqdir olunur. Məhz bu mövqeyinə görə, əksəriyyət ölkələr Cənubi Qafqaz regionunda Azərbaycanla daha yaxın əlaqələr qurmaq, Bakı ilə münasibətləri daha da inkişaf etdirmək istəyirlər.
30 Mart 2018 15:54 SiyasətTehranla Bakı arasında münasibətlər hər ötən gün yeni bir mərhələyə qədəm qoyur
Azərbaycanın xarici siyasətdə yürütdüyü balanslı siyasət həm Bakının yaxın, həm də uzaq qonşuları tərəfindən yüksək dəyərləndirilir, təqdir olunur. Məhz bu mövqeyinə görə, əksəriyyət ölkələr Cənubi Qafqaz regionunda Azərbaycanla daha yaxın əlaqələr qurmaq, Bakı ilə münasibətləri daha da inkişaf etdirmək istəyirlər. Bu baxımdan cənub qonşumuz olan İran İslam Respublikası ilə Azərbaycan arasında mövcud olan əlaqələr də xüsusi önəm kəsb edir. Məlumat üçün qeyd edək ki, dərin tarixi köklərə malik olan İran-Azərbaycan əlaqələri ölkəmiz müstəqillik əldə etdikdən sonra yeni bir məhələyə qədəm qoydu və qıza zaman kəsiyində Tehranla Bakı arasında əlaqələr bütün istiqamətlərdə inkişaf tempinə qədəm qoydu. Hazırda da ikitərəfli əlaqələr yüksələn xətlə inkişaf etməkdədir. İki ölkə rəhbərinin müntəzəm olaraq həyata keçirdiyi qarşılıqlı səfərlər, Tehranla Bakı arasında imzalanan çoxsaylı əməkdaşlıq sazişləri, eləcə də iki ölkənin iştirakı ilə həyata keçirilən regional və beynəlxalq əhəmiyyətli layihələr hər ötən gün əməkdaşlığın perspektivləri üçün yeni-yeni imkanlar açır. Bu baxımdan bu günlərdə İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin Azərbaycan baş tutan rəsmi səfəri də iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edirdi. Məlumat üçün qeyd edək ki, Bakıda səfərdə olarkən İran prezidenti azərbaycanlı həmkarı İlham Əliyevlə görüşərək iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərini müzakirə etdi. Dövlət başçılarının qarşılıqlı anlaşma şəraitində baş tutan görüşləri və Bakıda imzalanan yeni sənədlər də Tehran Bakı münasibətlərinin həm iki ölkə, həm də ümumilikdə region üçün faydalılığından xəbər verirdi. Ümumiyyətlə, son dörd ildə İranla Azərbaycan arasında imzalanmış önəmli sənədlər ikitərəfli əlaqələrin hərtərəfli inkişafına böyük təkan verib. Bu əlaqələrin inkişaf etdirilməsində Azərbaycan qədər İran da maraqlıdır desək yanılmarıq. Bu maraq xüsusilə Həsən Ruhaninin İran İslam Respublikasının prezidenti seçilməsindən sonar özünü daha qabarıq şəkildə göstərdi. Son dörd il ərzində iki ölkə arasında artan əlaqələr fonunda bunu aydın görmək mümkündür. Xüsusilə, bir neçə il əvvəl Qərbin Tehrana tətbiq etdiyi sanksiyaların aradan qaldırılması məsələsi gündəmə gələrkən İran Azərbaycanla daha yaxın olmağa üstünlük verdi ki, bu da başadüşülən idi Çünki Azərbaycan belə bir situasiyada İranın Qərbə çıxışı baxımından ən optimal ölkə idi və bu gün də Azərbaycan bu mövqelərə malikdir.
Bundan başqa İranla Azərbaycan arasında Xəzər dənizi ilə bağlı məsələdə də ümumi qarşılıqlı anlaşma mövcuddur və hər iki tərəf haqlı olaraq Xəzərin sülh dənizi olmasında maraqlıdır. Tehranla Bakı arasında Xəzər dənizi ilə bağlı məsələdə əldə edilən ortaq anlaşma, mövqe digər Xəzəyanı ölkələr üçün də nümunə ola bilər. Və güman etmək olar ki, qısa zamanda digər sahilyanı ölkələr də Azərbaycan və İranın əldə etdiyi ümumi razılıqdan nəticə çıxararaq birlikdə uzlaşmaya nail olacaqlar.
İranla Azərbaycan arasında həyata keçirilən birgə layihələr də ümumi əməkdaşlığa fayda verir. Məlumat üçün qeyd edək ki, iki ölkənin maraqları çərçivəsində olan Şimal-Cənub nəqliyyat dəhlizi təkcə Tehranla Bakı deyil, eləcə də böyük bir coğrafiyanı əhatə edəcək ki, bu da iqtisadi və ticari baxımdan ölkələrə faydalı olacaq. Tərəflər arasında əldə olunan Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında saziş də tarixi əhəmiyyət daşıyan sənəd sayıla bilər.
Cənub qonşumuzun Dağlıq Qarabağ probleminin həllində tutduğu mövqe də həm Azərbaycanın maraqlarına, həm də qonşuluq, dostluq münasibətləri baxımında uyğundur, Eyni zamanda regionda sülh və sabitliyin təmin olunması baxımından əhəmiyyətlidir. Belə ki, sözügedən problem meydana çıxandan İran Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllində maraqlı olub və xüsusilə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını hər zaman ön plana çəkib. İran Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi çərçivəsində həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyib Elə Bakıda keçirdiyi görüşlərdə də İran Prezident Həsən Ruhani açıq şəkildə qeyd etdi ki, bizim üçün əhəmiyyətlidir ki, ölkələrin ərazi bütövlüyü və bölgənin coğrafiyası dəyişməməlidir. Dünya ictimaiyyətinin hörmətlə yanaşdığı beynəlxalq prinsiplər məsələnin həlli üçün alətə çevrilməlidir. Əslində bu da İslam Respublikasının regionda sabitliyə verdiyi töhfə kimi dəyərləndirilməlidir.
Məhəmməd