100 minlərlə azərbaycanlı erməni şovinistlərinin vəhşilik əməllərinin qurbanı olub
Martın 30-da Milli Məclis ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclas keçirib. Əvvəlcə millət vəkilləri erməni soyqırımına məruz qalmış azərbaycanlıların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Ardınca spiker Oqtay Əsədov bildirib ki, erməni işğalçılarını dəstəkləyən qüvvələrin Azərbaycan xalqına qarşı düşmənçilik siyasətinin 200 ilə yaxın tarixi var.
30 Mart 2018 15:16 SiyasətMilli Məclis Azərbaycanlıların soyqırımı ilə bağlı bəyanat qəbul edib
Martın 30-da Milli Məclis ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclas keçirib. Əvvəlcə millət vəkilləri erməni soyqırımına məruz qalmış azərbaycanlıların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Ardınca spiker Oqtay Əsədov bildirib ki, erməni işğalçılarını dəstəkləyən qüvvələrin Azərbaycan xalqına qarşı düşmənçilik siyasətinin 200 ilə yaxın tarixi var. Spiker xatırladıb ki, 20-ci əsrin əvvəllərində Azərbaycana 1 milyondan çox erməni köçürülüb: "Tarixin müəyyən dövrlərində böyük dövlətlər geosiyasi planlarını həyata keçirmək üçün erməni faktorundan məharətlə istifadə ediblər. Bu dövlətlərin gizli və açıq himayəsindən istifadə edərək erməni millətçilərinin "böyük Ermənistan" xülyası Cənubi Qafqazda əhalisinin böyük fəlakətlərlə üzləşməsinə gətirib çıxarıb. Erməni şovinistləri ələ keçirmək istədikləri əraziləri yerli sakinləri təmizləmək niyyəti ilə müxtəlif dövrlərdə Şərqi Anadoluda və Cənubi Qafqazda soyqırım və terror aktları həyata keçiriblər. Onların vəhşi əməlləri nəticəsində 2 milyon insan öldürülüb. 1918-ci ilin mart soyqırımı bu cinayət əməllərinin yüksək zirvəsi olub. Mart ayının cəmi 3 gün ərzində Bakı şəhərində 12 mindən çox dinc əhali qətlə yetirlib. Xalqımız qarşı düşmənçilik siyasəti sovet hakimiyyəti illərində də davam edib. Tarix boyu soyqırım aktlarına məruz qalmamızın əsas səbəblərindən biri düşmən qarşısında mütəşəkkil qüvvə kimi çıxa bilməməyimiz olub". Parlamentin sədri qeyd edib ki, Azərbaycan dövləti gündən-günə güclənir, inkişaf edir: "Bütün bunlar xalqımıza qarşı yeni soyqırım cinayətlərinin baş verməməsinə ən yaxşı təminatdır. Əminəm ki, Azərbaycan işğal olunmuş torpaqlarını azad edəcək. Xalqımıza qarşı düşmənçilik edənlərin layiqli cavabı veriləcək. Prezident İlham Əliyev dəfələrlə deyib ki, Zəngəzur, İrəvan və digər ərazilər Azərbaycanın əzəli torpaqlarıdır. İndiki Ermənistan Qərbi Azərbaycan torpaqları üzərində yaradılıb. Bu, tarixi faktdır. Əminəm ki, tarix hər kəsə layiq olduğu qiyməti verəcək. Gec-tez haqq-ədalət yerini tapacaq".
Sonra mərizə ilə çıxış edən millət vəkili, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov qeyd edib ki, Milli Məclis Dünya Azərbaycanlılarının Soyqırımı və Xocalı Soyqırımı ilə bağlı dünya parlamentlərinə müraciət etməlidir: "Milli Məclis müraciət etsin ki, buna hüquqi qiymət verilsin". Deputat bildirib ki, bu gün Xocalı Soyqırımını törədən qatillər həyatda yaşayırlar: "Bu soyqırımının törədilməsini özləri də etiraf ediblər. Sarkisyanın özü də bunu etiraf edib. Bu gün dünyada nədənsə müsəlman aləmində olan qırğınlara qarşılı ikili standartlıq var. Hesab edirəm ki, Milli Məclis Dünya Azərbaycanlılarının Soyqırımı və Xocalı Soyqırımı ilə bağlı dünya parlamentlərinə müraciət etməlidir".Y.Mahmudovun sözlərinə görə, Azərbaycan prezidentinin göstərişindən sonra 26 Bakı komissarının qəbirlərinin açılaraq araşdırılması zamanı bəzi məmurlar Stepan Şaumyanın müdafiəsinə qalxdılar: "Həmin vaxtı Azərbaycan prezidenti parkda qazıntı işlərinin aparılması istiqamətində göstəriş vermişdi. Biz tarixçilər bilirdik ki, "Sahil" bağındakı "26-lar" adlanan abidənin altında 26 cəsəd yoxdur. Həmin vaxtı Azərbaycan prezidenti çox cəsarətli addım ataraq, tapşırıq verdi və orada qazıntı işləri aparıldı. Həmin ərəfədə prezident Davosa səfərə gedəndə bizə göstəriş vermişdi. Mən özüm şəxsən həmin qazıntılarda iştirak etmişəm. Qazıntı zamanı abidədən cəmi 23 cəsəd çıxdı. Müəyyən olundu ki, onların arasında Stepan Şaumyanın cəsədi yoxdur. Çünki oradan çıxarılan cəsədlər arasında 40 yaşından yuxarı cəsəd yox idi. Stepan Şaumyanın isə 40-dan yuxarı yaşı vardı. Onların arasında digər erməni terrorçuları da yox idi. Həmin dövrdə biz bunların hər birini dünyaya çatdırdıq". Akademik deyib ki, əldə olan tarixi sənədlərə görə, 26 Bakı komissarı güllələndikdən sonra Stepan Şaumyan həbsxanada 10 gün yatıb: "Bu faktdır. Bizim jurnalist araşdırması nəticəsində Kərkükdə Stepan Şaumyanın yaşadığı evi araşdırıb ortaya çıxarmışıq. Yəni, bildirmək istəyirəm ki, Stepan Şaumyanın ifşasında Azərbaycan prezidentinin xüsusi rolu var".
Deputat Rafael Cəbrayılov deyib ki, 200 ilə yaxın müddətdə ermənilərin soyqrımı əməlləri 1948-ci ilin dekabrında qəbul olunan beynəlxalq Konvensiyaya və bunun əsasında Cinayət Məcəlləsində əksini tapan maddəyə uyğundur: "Bu soyqırımları qəddarlığa görə klassik soyqırımlarından fərqlənir. Hər dəfə ermənilər daha qəddar adam öldürmə üsulundan istifadə edir, meyitlərin üzərində işgəncələr həyata keçirirdi. Bu tarixdə erməni soyqırımı əlamətləridir". Deputat bildirib ki, indi əsas məqsəd 200 il ərzində törədilən soyqrımını dünyaya tanıtmaq naminə daha çox işlər görmək olmalıdır: "Bununla bağlı əsərlər yazılıb, təhqiqatlar aparılıb. Prezidentin elə bir çıxışı yoxdur ki, erməni soyqrımının ifşası haqqında danışmasın. Siz də mənimlə razılaşarsınız ki, fəaliyyət peşəkarcasına aparılanda daha böyük uğurlara nail olmaq mümkündür. 200 ilə yaxın bir müddətdə soyqrımına məruz qalsaq da, Qubada olan memorial komlkesi istisna olmaqla nə digər abidə, nə də soyqrımı muzeyimiz var. Azərbaycana gələn rəsmilər ümummilli lider Heydər Əliyev və Şəhidlər Xiyabanını ziyarət edir. Bu çox gözəl haldır. Fikrimcə, Şəhidlər Xiyabanı bazasında soyqrımı muzeyi və ya abidə yaradıla bilər. Buna Şəhidlər Xiyabanının daha çox haqqı var. Çünki 1918 öldürülən soydaşlarımızın bəzisi orada dəfn edilib". Deputat Rafael Hüseynov isə həmkarının təklifinə cavab olaraq deyib ki, Azərbaycanda Soyqırımı Muzeyinin yaradılması ilstiqamətində işlər aparılır: "Hesab edirəm ki, yaxın vaxtlarda Azərbaycanda Soyqırımı Muzeyi yaradılacaq".
Deputat Fazil Mustafa deyib ki, erməni soyqırımına qarşı fədakarcasına mübaricə aparan şəxslərlə bağlı vəfa borcunuzu yerinə yetirməliyik: "Rəsulzadə ADR-in ideoloji lideri və qurucularından olsa da, ona münasibət fərqlidir. Onun adının əbədiləşdirilməsi istiqamətində iş aparılmır. Hətta onun Novxanıdakı ata ocağı uşaq bağçası kimi fəaliyyət göstərir. Niyə onu muzeyə çevirmirik? Öz əlimizdə olan işləri görmürük, lakin ermənilər Njdeyə abidə qoyanda qışqırırıq ki, niyə abidə qoyurlar. Belə yanaşma olmaz axı".
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov qeyd edib ki, azərbaycanlılara qarşı törədilən soyqırımı haqqında yazılan kitablar, faktlar, sənədlər və parlamentdəki çıxışlar beynəlxalq auditoriyaya çıxarılmalıdır. Millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, əsrin əvvəlində Azərbaycanda məhz Bakıda hakimiyyət uğrunda mübarizə getməsinə baxmayaraq, bu gün biz bunu ona görə soyqırımı kimi dəyərləndirə bilirik ki, Azərbaycanın müxtəlif partiyalardan - istər Müsavat istərsə də, bolşevik partiyalarından olan ziyalıları bu məsələyə vahid mövqedən yanaşdılar. Həm Nəriman Nərimanov, həm Məhəmməd Əmin Rəsulzadə bu hadisələri soyqırımı kimi dəyərləndirdilər. Kimitə sədri hesab edib ki, tarixçilər ötən əsrin 20-30-cu illərinə aid arxiv sənədlərinə yenidən baxmalıdırlar: "Çünki faktiki olaraq 30-cu illərdən sonra həmin hadisələri vətəndaş müharibəsi kimi qiymətləndiriblər. Amma 20-ci illərdə bir çox tarixçimiz 18-ci ildəki mart hadisələrinin soyqırımı olduğunu sübut edib". O, qeyd edib ki, törədilən soyqırımları və Ermənistanın işğalçı siyasəti ilə bağlı kitablar yazılıb və dərc olunub: "Akademik Yaqub Mahmudov tərəfindən Milli Məclisin kitabxanasına bununla bağlı çoxlu kitab təqdim edilib. Bu sənədlər xarici dillərə tərcümə olunmalı, beynəlxalq arenaya çıxarılmalıdır. Həmin sənədləri tərcümə edib, internetdə yerləşdirmək lazımdır ki, hər kəs oxusun. Təklif edərdim ki, Milli Məclisin bəyanatı müxtəlif dillərə tərcümə olunsun, xarici parlamentlərə göndərilsin, bu tərcümələr internet və dostluq qrupları vasitəsiylə xarici ölkələrə çatdırılsın".
Müzakirələrin yekunun olaraq Milli Məclis Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı bəyanat qəbul edib. Bəyanatı Milli Məclisin sədr müavini Bahar Muradova oxuyub. Sənəddə bildirilib ki, erməniləri 100 il bundan öncə erməni daşnakları Bakı quberniyasında azərbayacanlı və müsəlmanlara qarşı soyqırım siyasətini həyata keçirib. Ermənilər soyqırımı bakı quberniyasından sonra Azərbaycanın digər ərazilərində Qarabağda, Şamaxıda. Gəncədə, Göyçayda, Lənkəranda, Qubada və digər bölgələrdə həyata keçirilib. Bu soyrırım siyasəti nəticəsində on minlərlə azərbaycanlı, müsəlman və yəhudilər vəhşicəsinə qətlə yetirilib, kəndlər yerlə-yeksan edilib. Məqsəd isə Azərbaycan torpaqlarına "Böyük Ermənistan" xülyasını reallaşdırmaq olub. Bəyanatda eyni zamanda qeyd olunub ki, 1918-ci ildə Rus imperiayasının çökməsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları ermənilərin bu soyqırımının dayandırılması məqsədi ilə ermənilərlə saziş imzalyır. İmzalanmış sənədə əsasən İrəvan ərazisində erməni dövləti yaradılır və bununla da ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasətinin dayandırılması, Azərbaycan ərazilərinə ərazi iddiasından əl çəkmək kimi müddəalar əksini tapır. Lakin ermənilər imzalanmış sənədin tələblərini pozaraq Azərbaycan ərazilərinə ərazi iddiası ilə çıxış etməklə, soyqırım siyasətini davam etdiriblər. Bu işdə ermənilərə bir sıra ölkələr də dəstək verib və verməkdədirlər. Erməni cinayətkarların bu hərəkətinə hüquqi qiymətinin verilməməsi sovet dönəmində davam edib və bunun nəticəsində yarım milyon insan öz dogma yurdalrından didərgin düşüb. SSRi-nin dağılması zamanı isə ermənilər Azərbaycana qarşı bir sıra ölkələrin dəsətəyi ilə işğalçılıq siyasətini davam etdirib. Nəticədə 20 faiz Azərbaycan torpağı işğal olunub, bir milyonadək insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, on minlərlə insan şəhid olub və yaralanıb, itkin düşüb. Azərbaycan ermənilərin bu siyasətini dünya çatdırmaqla bağlı əlindən gələni edib və onların törətdiyi cinayətin cəzasız qaldığı ilə bağlı beynəlxalq təşkilatlara müraciət edərək buna hüquqi qiymət verilməsini tələb edib. Azərbaycan Qarabağ münaqişəsinin dövlətlərin ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüquq normaları əsasında həllini tələb edir.
Alim