Vüqar Rəhimzadə: “Azərbaycan-İran münasibətləri yeni mərhələyə qədəm qoyur”
“Ümumiyyətlə İranla Azərbaycanın tarixi qonşuluq münasibətləri var”. Bunu “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
30 Mart 2018 15:20 Siyasət"Ümumiyyətlə İranla Azərbaycanın tarixi qonşuluq münasibətləri var". Bunu "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Baş redaktorun sözlərinə görə, İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfər etməsi də bu münasibətlərin daha da dərinləşməsi üçün kifayət qədər zərurət olduğunu ortaya qoyur: "İran prezidentinin cənab İlham Əliyevlə görüşlər, müzakirə olunan məsələlər və imzalanmış sənədlər onu deməyə əsas verir ki, bu münasibətlər günü-gündən daha da genişlənəcək. Beləcə Azərbaycan-İran münasibətləri yeni mərhələyə qədəm qoyur. Bu mənada hesab edirəm ki, iqtisadi, siyasi, bütövlükdə mədəni baxımından həyatımızın bütün sahələrində qarşılıqlı əməkdaşlıq daha da geniş şəkildə öz əksini tapacaq. Bütövlükdə imzalanan protokollar, verilən qərarlar bu münasibətlərin yaxşı məcrada inkişaf etməsinə təkan verəcək. Düşünürəm ki, gələcək perspektiv üçün çox yaxşı zəmin yaranıb.
Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında Saziş, müvafiq tikinti işlərinə başlanması Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində mövcud olan yeganə boşluğu aradan qaldıracaq. Qitələri birləşdirəcək Astara-Rəşt dəmir yolu qısa müddət ərzində tikiləcək və bütün Avrasiya regionu üçün yeni imkanlar açılacaqdır". Sia.az