"İtaliya millisinin baş məşqçisi olmayacam"

İtaliya millisinin yeni baş məşqçisi dünya çempionatına qədər müəyyənləşə bilər. Bu posta namizədlər arasında Antonio Konte, Karlo Ançelotti, Vinçenzo Montella kimi adlar var. Sonuncu "mavi eskadra"nın sükanı arxasına keçəcəyini istisna edib.

İtaliya millisinin yeni baş məşqçisi dünya çempionatına qədər müəyyənləşə bilər. Bu posta namizədlər arasında Antonio Konte, Karlo Ançelotti, Vinçenzo Montella kimi adlar var. Sonuncu "mavi eskadra"nın sükanı arxasına keçəcəyini istisna edib. 43 yaşlı Montella bunları deyib: "Dəqiqdir ki, millinin baş məşqçisi olmayacam. Əvvəla, "Sevilla"da özümü rahat hiss edirəm və işimə köklənmişəm. İkincisi, bununlabağlı mənimlə əlaqə saxlayan olmayıb. Nəhayət, İtaliya millisinin baş məşqçisinin ağ saçları çox olmalıdır. Mənim isə saçlarıma yenicə dən düşür". Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31