Gündəm

Azərbaycanda hansı hallarda şəxsin məcburi əməyə cəlb edilməsi dəqiqləşir

6 Aprel 2018 12:09

Azərbaycanda şəxsin məcburi əməyə cəlb edilməsi halları müəyyənləşir. Məlumata görə, bu, yenidən hazırlanmış “Məşğulluq haqqında” qanun layihəsinin 9.2 maddəsində əks olunub. Maddəyə görə, aşağıdakı hallar istisna olmaqla şəxslərin məcburi əməyə cəlb edilməsinə yol verilmir:

Oyun başına 3 min dollar alacaq

6 Aprel 2018 12:05

FİFA bu il Dünya Kuboku oyunlarını idarə edəcək hakimlər briqadasını açıqlayıb. Turnirdə 36 hakim və 63 köməkçi hakim iştirak edəcək.

“Kəlağayı - Azərbaycan ipəyinin incisi“

6 Aprel 2018 12:04

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycanın zəngin mədəni irsinin, xalqımızın min illərlə yaşatdığı adət və ənənələrinin təbliği işini uğurla həyata keçirərək, növbəti layihə kimi Azərbaycan ipəyi və ipəyimizin şah əsəri, incisi sayılan Azərbaycan kəlağayılarına həsr edib.

Bu il sərhəddə axtarışda olan 1344 nəfər tutulub

6 Aprel 2018 12:02

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2018-ci ilin birinci 3 ayı ərzində qeyri-qanuni miqrasiyaya qarşı mübarizə sahəsində sərhəd nəzarəti və əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsi sayəsində önəmli nəticələr əldə olunub.

"Formula-1" yarışı ilə əlaqədar bəzi yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

6 Aprel 2018 11:59

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Bakı sakinlərinə müraciət edib. Məlumata görə, müraciətdə bildirilir ki, builki "Formula-1" Azərbaycan Qran-prisinə hazırlıq işlərinin görülməsi ilə əlaqədar olaraq trekin bəzi hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Azərbaycanda siqaret çəkmək üçün xüsusi ayrılmış yerlərə dair tələblər açıqlanıb

6 Aprel 2018 11:57

Nazirlər Kabineti “Tütün çəkmək üçün xüsusi ayrılmış yerlərə dair Tələblər”i təsdiq edib. Məlumata görə, bu Tələblər mülkiyyət növündən, təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda tütün çəkmək üçün xüsusi ayrılmış yerlərə şamil edilir.

Azərbaycan Tələbə Kartı mobil tətbiqetməsi istifadəyə verildi

6 Aprel 2018 11:55

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin  dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən Azərbaycan Tələbə Kartı mobil tətbiqetməsi   istifadəyə verilib.  Nazirliyin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, Azərbaycanın da üzv olduğu Avropa Gənclər Kartı Assosiasiyası 1987-ci ildə təsis edilib. 

Düşmən 93 dəfə atəşkəsi pozub

6 Aprel 2018 11:53

“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 93 dəfə pozub.

Məktəblilərarası III Məntiq Olimpiadası keçiriləcək

6 Aprel 2018 11:52

Paytaxt məktəbliləri arasında Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadası keçiriləcək. “OLAYLAR”-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “OLAYLAR”-a bildirilib ki, olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir.

Rumıniyadakı vətəndaşlarımız Moldovada yaradılan seçki məntəqəsində səs verəcəklər

6 Aprel 2018 11:50

Rumıniyada yaşayan və işləyən Azərbaycan vətəndaşları aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar ölkəmizin Moldovadakı səfirliyində yaradılan məntəqədə səs verəcəklər. 

“Azərbaycanda seçkilərə hazırlıq yüksək səviyyədə gedir”

6 Aprel 2018 11:49

“Aprelin 11-də keçiriləcək prezident seçkilərində Azərbaycan xalqı ölkənin sabitliyini, rifahını, iqtisadiyyatının dayanıqlı inkişafını təmin edən, daxili və xarici siyasətini böyük uğura aparan namizədə səs verəcək”. 

Ekspert sosial evlərin satış qiymətini açıqladı

6 Aprel 2018 11:47

Sosial evlərin satışı başlayır. Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışını elan edib. Belə ki, Yasamal Yaşayış Kompleksinin 1, 2, 3 və 4 saylı binalarında mənzillərin satışı bu il mayın 7-də saat 10:00-da başlayacaq və proses avqustun 7-dək davam edəcək”. 

“Seçkilər demokratik, qanunvericiliyə uyğun keçiriləcək”

6 Aprel 2018 11:46

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu missiyasının rəhbəri Korin Yonkerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Siyasi şərhçi: “Dövlətimiz ən aparıcı qlobal aktora çevrilib”

6 Aprel 2018 11:44

“Qoşulmama Hərəkatı BMT-dən sonra ən böyük dövlətlərarası qurumdur”. Bunu siyasi şərhçi Azər Həsrət deyib.

Arzu Nağıyev: “Azərbaycan Qoşulmama Hərəkatının işində aktiv iştirak edir”

6 Aprel 2018 11:41

“Qoşulmama Hərəkatının “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda konfransının Bakıda keçirilməsi mühüm əhəmiyyət kəsb edir”. Bunu politoloq Arzu Nağıyev deyib.