Rumıniyadakı vətəndaşlarımız Moldovada yaradılan seçki məntəqəsində səs verəcəklər

Rumıniyada yaşayan və işləyən Azərbaycan vətəndaşları aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar ölkəmizin Moldovadakı səfirliyində yaradılan məntəqədə səs verəcəklər. 

Rumıniyada yaşayan və işləyən Azərbaycan vətəndaşları aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar ölkəmizin Moldovadakı səfirliyində yaradılan məntəqədə səs verəcəklər. 

Sechki-2018.az saytı xəbər verir ki, bu barədə Azərbaycanın Moldovadakı səfirliyindən məlumat verilib. 

Rumıniyada səsvermə hüququ olan Azərbaycan vətəndaşlarının sayının az olmasına görə ölkəmizin Buxarestdəki səfirliyində seçki məntəqəsi yaradılmayıb. Ona görə də səfirlikdə çalışan diplomatik korpusun nümayəndələri Moldovada yaradılan seçki məntəqəsində səs verəcəklər. 

Xatırladaq ki, Azərbaycanın Moldovadakı səfirliyində 17 saylı Yasamal üçüncü seçki dairəsinin nəzdində 40 saylı seçki məntəqəsi yaradılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31