Gündəm
Asim Mollazadə: “Qoşulmama hərəkatı Azərbaycan üçün əlavə bir platformadır”
“Qoşulmama hərəkatı beynəlxalq ictimaiyyəti həqiqətlərlə təmin etmək, bölgədə Azərbaycana qarşı olan təcavüz barəsində məlumatlandırmaq üçün əlavə bir platformadır”. Bunu millət vəkili Asim Mollazadə deyib.
Bakı aktivləşir: Putin bizi türklərə qurban verəcək? - Arutyunyan
Rusiya öz siyasətini həyata keçirir, öz maraqlarının təminatına çalışır. Bunu “1in.am” saytına Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşünü şərh edən Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan deyib.
"Məsuliyyətsizlik üzrlü hal kimi qəbul edilmir" - DİM
Aprelin 5-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 7 və 8 fevral tarixlərində elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçmiş namizədlərlə müsahibələr davam etdirilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AITF-2018” XVII Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva aprelin 6-da Bakı Ekspo Mərkəzində "AITF-2018" XVII Azərbaycan Beynəlxalq turizm və səyahətlər və "HOREX Caucasus-2018" XII Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri ilə tanış olublar.
Çin: "ABŞ-la ticarət müharibəsi istəmirik, amma müharibədən də qorxmuruq"
Çin ABŞ-la ticarət müharibəsi aparmaq istəmir. Bu barədə Çinin Ticarət Nazirliyi bəyan edib. Nazirlikdən bildirilib: "Çin ABŞ-la ticarət müharibəsi aparmaq istəmir. Lakin müharibədən də qorxmuruq".
Məleykə Əsədovaya yeni model "Mercedes-Benz"i kim hədiyyə etdi?- VİDEO
İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alındı
Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
Ata 2 yaşlı qızının başını kəsdi - dəhşətə gətirən səbəb
Anar əməkdar artisti tanınmaz hala saldı - VİDEO
Prezident seçkiləri ilə bağlı bu prosedur da başa çatır
Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar səsvermə protokollarının dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi müddəti sabah başa çatır.
Almaniyada qol kralı olan həmyerlimiz bu KOMANDA İLƏ ANLAŞDI
Millimizin sabiq üzvü, hazırda Berlin "Dinamo"sunda çıxış edən Rüfət Dadaşov yayda komandasını dəyişəcək.
Daha bir tikinti şirkəti ilə bağlı cinayət işi məhkəməyə göndərildi
"Xudafərin" MTK-nın vəzifəli şəxslərinə qarşı cinayət işi başlanıb. Şirkətin vəzifəli şəxsləri - Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Uşaq və yeniyetmələr üçün “Qısa İslam ensiklopediyası”
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, Azərbaycanda ilk dəfə uşaq və yeniyetmələr üçün “Qısa İslam ensiklopediyası” hazırlanaraq çap olunub. Nəşrin redaksiya heyətinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, akademiklər İsa Həbibbəyli, Vasim Məmmədəliyev, Gövhər Baxşəliyeva və digər mütəxəssislər daxildirlər.
İranda qəzaya uğrayan təyyarənin qara qutusu tapıldı - Qəzanın səbəbi... - FOTO
11 mart tarixində Birləşmiş Ərəb Əmirliklərindən Türkiyəyə getmək məqsədilə havaya qalxan, lakin İranda faciəvi şəkildə qəzaya uğrayan “Başaran” holdinqə məxsus özəl təyyarənin əsas parçası tapılıb. 11 nəfərə məzar olan təyyarənin qara qutusunun əsas hissəsi aşkar edilib.
Məşhur stadionun adı dəyişdirilir
Hollandiyanın “Amsterdam Arena” stadionunun adı dəyişdirilir. Yeni mövsümdən arena əfsanəvi Yohan Kroyfun adını daşıyacaq. Aprelin 25-də, Hollandiya futbolunun simvolunun ad günündə isə “Yohan Kroyf Arena”nın yeni loqosu təqdim olunacaq. Bu stadion 52 min tamaşaçı tutumuna malikdir.














