Çin: "ABŞ-la ticarət müharibəsi istəmirik, amma müharibədən də qorxmuruq"
Çin ABŞ-la ticarət müharibəsi aparmaq istəmir. Bu barədə Çinin Ticarət Nazirliyi bəyan edib. Nazirlikdən bildirilib: "Çin ABŞ-la ticarət müharibəsi aparmaq istəmir. Lakin müharibədən də qorxmuruq".
6 Aprel 2018 11:22 DünyaÇin ABŞ-la ticarət müharibəsi aparmaq istəmir. Bu barədə Çinin Ticarət Nazirliyi bəyan edib. Nazirlikdən bildirilib: "Çin ABŞ-la ticarət müharibəsi aparmaq istəmir. Lakin müharibədən də qorxmuruq".
Qeyd edək ki, daha öncə ABŞ prezidenti Donald Tramp öz "Twitter" səhifəsində yazmışdı ki, Vaşinqton Pekinlə ticarət müharibəsini uzun illər əvvəl uduzub:
"Bu müharibəni uzun illər əvvəl ABŞ-ı təmsil edən səriştəsiz şəxslərin ucbatından uduzmuşuq. İndi bizim Çinlə 500 milyard dollar həcmində ticarət kəsirimiz var. Biz bunun davam etməsinə imkan verə bilmərik". Trend.az