Asim Mollazadə: “Qoşulmama hərəkatı Azərbaycan üçün əlavə bir platformadır”

“Qoşulmama hərəkatı beynəlxalq ictimaiyyəti həqiqətlərlə təmin etmək, bölgədə Azərbaycana qarşı olan təcavüz barəsində məlumatlandırmaq üçün əlavə bir platformadır”. Bunu  millət vəkili Asim Mollazadə deyib.

"Qoşulmama hərəkatı beynəlxalq ictimaiyyəti həqiqətlərlə təmin etmək, bölgədə Azərbaycana qarşı olan təcavüz barəsində məlumatlandırmaq üçün əlavə bir platformadır". Bunu  millət vəkili Asim Mollazadə deyib.

Onun sözlərinə görə, biz Qoşulmama Hərəkatı vasitəsilə daha yaxın tərəfdaşlar qazanmağa çalışırıq və siyasətimizə dəstək tapırıq: "Ermənistanın belə bir layihələrə qoşulması isə mümkün olan məsələ deyil. Çünki işğalçı ölkə müstəqil deyil ki, hansısa qərarlar qəbul edə bilsin. Ermənistanın sahibləri nə desə, bu dövlət də onu edəcək. Əsas məqsəd də təcavüzkar siyasəti davam etdirmək, münaqişənin həllinə imkan verməməkdir".

A.Mollazadə əlavə edib ki, ötən gün Bakıda keçirilən "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında müvafiq qətnamənin qəbulunu müsbət bir hal kimi qiymətləndirmək olar: "Amma bu Qoşulmama hərəkatının dünyada elə də böyük bir nüfuzu, gücü yoxdur ki, o hansısa münaqişələri həll etsin və məsələlərə ciddi müdaxilə etsin. Sadəcə ictimai rəyi formalaşdırmağa dəstək ola bilər". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31