Azərbaycan Tələbə Kartı mobil tətbiqetməsi istifadəyə verildi

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin  dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən Azərbaycan Tələbə Kartı mobil tətbiqetməsi   istifadəyə verilib.  Nazirliyin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, Azərbaycanın da üzv olduğu Avropa Gənclər Kartı Assosiasiyası 1987-ci ildə təsis edilib. 

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin  dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən Azərbaycan Tələbə Kartı mobil tətbiqetməsi   istifadəyə verilib.  Nazirliyin mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, Azərbaycanın da üzv olduğu Avropa Gənclər Kartı Assosiasiyası 1987-ci ildə təsis edilib. Avropa Gənclər Kartının (EYCA) şüarı "Qənaət edilmiş pul-qazanılmış puldur". Məqsədi üzv təşkilatları sosial, mədəni, təhsil və iqtisadi cəhətdən mobil olmaq üçün daha çox gəncləri stimullaşdırmaq üçün birgə fəaliyyət göstərir. "Azərbaycan Tələbə Kartı" Avropa Gənclər kartı (EYCA) ilə birgə buraxılır. 2016-cı ildən etibarən Azərbaycan Tələbə Kartı yenidən dizayn edilərək təqdim edilmişdir. Ötən bu müddət ərzində 50 000 nəfər tələbə kartı ilə təmni edilmişdir və edilməkdədir.  

Azərbaycan Tələbə Kartı sahibinə Avropanın 37 ölkəsində aşağıdakı istiqamətlər üzrə 80.000-dən artıq, ölkəmizdə 300-dən artıq obyektlərdə 5%-dən-55%-dək endirimlər təklif edilir:

Tələbə kartı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına uyğun olaraq təhsil alan gənclərə sosial dəstəyin artırılması və tələbələrin beynəlxalq güzəştli kartlar sisteminə qoşulması məqsədi ilə 2012-ci ildən etibarən Gənclər və İdman, Təhsil Nazirlikləri və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün "Azərbaycan Tələbə Kartı" hazırlanaraq paylanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31