Siyasi şərhçi: “Dövlətimiz ən aparıcı qlobal aktora çevrilib”

“Qoşulmama Hərəkatı BMT-dən sonra ən böyük dövlətlərarası qurumdur”. Bunu siyasi şərhçi Azər Həsrət deyib.

"Qoşulmama Hərəkatı BMT-dən sonra ən böyük dövlətlərarası qurumdur". Bunu siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, bu qurumda 120 dövlət birləşib və belə bir heyətin Azərbaycanda bir araya gəlməsinin özü artıq bizim üçün, elə dünya üçün də böyük əhəmiyyət kəsb edir: "Bu və buna bənzər tədbirlər Azərbaycanın artıq regional mərkəzdən qlobal mərkəzə çevrilməsini göstərir. Coğrafiyası kiçik, əhalisi az olmasına baxmayaraq Azərbaycan dünyanın siyasi və digər məsələlərində yön verən, yol göstərən bir ölkəyə çevrilib. Əlbəttə ki, bir Azərbaycan vətəndaşı olaraq mən buna çox sevinirəm. Dövlətim adına qürur duyuram və düşünürəm ki, məhz bu istiqamətdə də davam etməliyik. Biz bu tədbirə ev sahibliyi etməklə, ardından da 2019-cu ildə Azərbaycanın bu Hərəkata sədrliyə başlayacağını nəzərə almaqla deyə bilərik ki, dövlətimiz indi ən aparıcı qlobal oyunçuya çevrilib. Qoşulmama Hərəkatının üzvü olan 120 dövlət həm də qlobal səviyyədə Azərbaycan üçün qazanılmış 120 səs deməkdir. Bu isə BMT-dəki səslərin demək olar ki, üçdə ikisidir". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31