Gündəm
BƏƏ XİN başçısı: “Azərbaycan müasir müsəlman ölkəsidir, biz də bu dəyərləri bölüşürük”
“Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanla çox yaxşı əlaqələri var”. Məlumata görə, bunu Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə naziri Ənvər Qarqaş deyib.
AVCİYA prezident seçkiləri ilə əlaqədar aralıq hesabatını açıqlayıb
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı aralıq hesabatını açıqlayıb. AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib ki, aralıq hesabatı 5 fevral - 6 aprel tarixlərini əhatə edib.
Elgiz: "Bunlar qanun pozuntusudur"
"Qonaqlar deyir ki, verilişə gələndə ehtiyat edirik. Şəxsi məsələlərlə bağlı sual verirsiniz. Bizim nəyimizə lazımdır?".
Ən vacib yemək – Səhər yeməyi
Səhər yeməyi ən vacib qidalardan sayılır. Təsadüfi deyildir ki, həkimlərin əksəriyyəti onun böyük əhəmiyyətə malik olduğunu söyləyirlər. Səhərlər qida qəbul etmək orqanizmi işə salır, onu lazım olan enerji ilə təmin edir. Təəssüf ki, çoxları səhərlər qidalanmağa lazımi əhəmiyyət vermir və ən yaxşı halda bir fincan qəhvə, çay və buterbrodla kifayətlənirlər. Bir çoxları isə ümumiyyətlə, səhər yemək yemirlər.
Xanımların diqqətinə! – Bakıda manyak “ginekoloqlar” peyda olub – FOTOLAR
Son zamanlar internetin verdiyi imkanlardan müxtəlif fırıldaqçılıq əməlləri üçün istifadə edənlərin sayı artmaqda davam edir.
90 dəqiqə ərzində Londonda 6 yeniyetmə bıçaqlandı
90 dəqiqə ərzində Londonun müxtəlif bölgələrində 6 yeniyetmə bıçaqlanıb. Londonda axşam saat 5-7 arasında 12 bıçaqlanma hadisəsi qeydə alınıb. Bıçaqlananlardan birinin 13 yaşı var. Yaralananlar xəstəxanaya çatdırılıblar.
Türkiyə ordusu havadan zərbə endirdi - 14 terrorçu məhv edildi
Türkiyə ordusunun İraqın şimalına endirdiyi hava zərbələri nəticəsində 14 terrorçu məhv edilib. Məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
ABŞ Meksika ilə sərhəddə 4 min qvardiyaçı yerləşdirəcək
"ABŞ hökuməti ölkənin cənub sərhədinə 2-4 minədək qvardiyaçı yerləşdirəcək". Bunu ABŞ Prezidenti Donald Tramp bildirib. Milli qvardiyanın Meksika ilə sərhədə göndərilməsi üçün maliyyə xərcləri də gündəmə gəlib. ABŞ-ın Müdafiə Nazirliyi bu planın reallaşdırılması üçün maliyyə mənbəyi ilə bağlı suala cavab verə bilməyib. Prezident D.Tramp isə Ağ evin maliyyə smteası hazırlamadığını etiraf edib.
Zümrüd: "Yoldaşıma dedim ki, sənə gözəl xanım tapım..."
"Arada şübhələrim olur, tez-tez yoxlanıram. Çox şükür sağlamam. Deyirlər, xərçəng xəstələri daha çox yaşayırlar. Çünki harası ağrıyırsa, gedib yoxlanırlar. Çətin bir imtahan idi. 28 yaşımda xəstəliyimi öyrəndim, çox çətin idi".
İlhamənin oğlu qəzəbləndi: "Qələt edib müzakirə edirlər"
Azərbaycanlı ekstrasens Zirəddin Rzayevin şəxsi "İnstagram" səhifəsində İlhamə Quliyeva ilə çəkdirdiyi fotonu paylaşması müzakirələrə səbəb olub. Fotoda ekstrasensin hamam xalatında olması birmənalı qarşılanmayıb.
Aslan İsmayılov niyə vətən xaininə qoşuldu? - Rauf Arifoğlunun yazısı
O qədər absurd ki! Aslan İsmayılov məni İranın Qum şəhərindən yayın yapan Facebook səhifəsindəki materialla vurur! Nur-az.com adlı bu səhifəyə və eyniadlı sayta Azərbaycana xəyanətə görə axtarışda olan, 1996-ci ildən İrana qaçaraq, hələ də orada yaşayan və iddialara görə, qonşu ölkənin xüsusi xidmət orqanlarına casusluq edən, hər gün ölkəmizə qarşı ideoloji təxribatla məşğul olan İsgəndər Hüseynzadə rəhbərlik edir.
Yıldırımdan Türkiyəni silkələyən istefa xəbərinə cavab
Türkiyə Baş nazir Binəli Yıldırım müavini Məhməd Şimşəklə bağlı mətbuatın yaydığı məlumatlara aydınlıq gətirib. Yıldırım Monqolustan səfərindən öncə jurnalistlərə açıqlamasında Şimşəkin vəzifəsindən azad edilmədiyini bildirib.
İdmançılara hücum edən çempion həbs edildi
Nyu York polisi MMA döyüşçüsü və 2 çəki dərəcəsində keçmiş UFC çempionu, irlandiyalı Konor Makqreqoru təşkilatın idmançılarını daşıyan avtobusa hücum etdiyinə görə həbs edib.
Terrorçuların xain planı - “Süleyman şah”a qarşı
PKK-PYD terror qruplaşması Türkiyənin Süleyman Şah türbəsini əvvəlki yerinə qaytarmasına əngəl olmaq üçün hazırlıqlar aparır.
Prezident 24 il həbsə məhkum edildi
Cənubi Koreya məhkəməsi eks-prezident Pak Kın Heni korrupsiyada günahkar bilib. Bu barədə informasiyanı “Röyter” yayıb. Pak Kın Henin artıq öz günahını etiraf etdiyini bildirilib və o, 24 il həbsə məhkum edilib.














