BƏƏ XİN başçısı: “Azərbaycan müasir müsəlman ölkəsidir, biz də bu dəyərləri bölüşürük”
“Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanla çox yaxşı əlaqələri var”. Məlumata görə, bunu Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə naziri Ənvər Qarqaş deyib.
6 Aprel 2018 12:58 Siyasət"Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanla çox yaxşı əlaqələri var". Məlumata görə, bunu Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə naziri Ənvər Qarqaş deyib.
O bildirib ki, BƏƏ Azərbaycandakı inkişafı müsbət qiymətləndirir: "Azərbaycan müasir müsəlman ölkəsidir. BƏƏ də bu dəyərləri bölüşür. İkitərəfli əlaqələrə gəldikdə isə biz Azərbaycanı gələcəyə inamla baxan inkişaf edən ölkə kimi görürük. BƏƏ-dən Azərbaycana turizm, biznes və digər sahələr üzrə xeyli səfərlər həyata keçirilir. Düşünürəm ki, bütün təəssüratlar müsbətdir". Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31