Gündəm

Xama Billiat qərarını verdi: "Qarabağ"a keçir

6 Aprel 2018 13:45

"Qarabağ"ın qış fasiləsində transfer etməyə çalışdığı Xama Billiatın Ağdam klubuna keçidi reallaşmaq üzrədir. Bu barədə məlumatı Cənubi Afrika mətbuatı yayıb. Bildirilir ki, yayda "Mamelodi Sandauns"u 2 futbolçu - Persi Tau və Xama Billiat tərk edəcək. Hər iki oyunçu Avropaya köçəcək. Belə ki, Taunun İsveç, Billiatın isə Azərbaycana yollanması gözlənilir.

Evinə aparıb, cinsi əlaqə zamanı qızı öldürdü - Məhkəmə qərarını verdi

6 Aprel 2018 13:44

Şotlandiyanın Aberdeen şəhərindəki evində 21 yaşı yeni tamam olmuş Chloe Miazeki cinsi əlaqə zamanı boğaraq öldürən 32 yaşlı Mark Brusa hökm oxunub. Qızı öldürdükdən sonra polisə gedərək "Evimdə bir qadını öldürdüm" deyib, könüllü təslim olan Mark 6 il azadlıqdan məhrum edilib.  

Həftəsonu Gənc Tamaşaçılarda

6 Aprel 2018 13:34

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının həftəsonu repertuarı maraqlı tamaşalarla zəngindir. Teatrın kollektivi 7-8 aprel tarixlərində 6 səhnə əsəri ilə tamaşaçıların görüşünə gələcək. Həmişə olduğu kimi bu həftə də teatrın repertuarı həm məktəblilər həm də gənc və yaşlı nəslin zövqünü oxşamağa çalışıb. Belə ki, aprel ayının 7-i saat 12:00 və 14:00-da Y.Şvarts “Çirkin ördək balası”, 8-i isə eyni saatlarda A.Lindqrenin “Uzuncorab Pippi” tamaşaları nümayiş olunacaq. Olaylar.az bildirir ki, teatrın axşam repertuarında isə 7 aprel tarixində saat 19:00-da U.Şekspir “Romeo və Cülyetta” (ingilis dilində titrlərlə) 8 aprel eyni saatda Ə.Əmirlinin “Hasarın o üzü” tamaşaları nümayiş olunacaq.

Seçicilər ölkəmizi firəvanlığa aparan namizədə səs verəcəklər

6 Aprel 2018 13:34

Artıq Azərbaycanda prezident seçkiləri öncəsi yaradılan şəraiti izləyən bir sıra beynəlxalq təşkilatlar ölkədə normal seçki mühitinin olması qənaətindədirlər. Bu fikir seçkiöncəsi vəziyyəti müşahidə edən beynəlxalq qurumların yaydıqları rəsmi açıqlamalarında ifadə olunub.

Cümhuriyyət qurucularının xatirəsinin əbədiləşdirilməsinə ehtiyac var

6 Aprel 2018 13:26

“Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucuları elə böyük şəxsiyyətlərdir ki, onlar bütün gələcək nəsillər tərəfindən həmişə ən dərin minnətdarlıqla anılmalıdırlar. Onların yox yerdən qurduqları bu cümhuriyyət, xalqımıza bəxş etdikləri istiqlaliyyət bu millətin var olduğu müddətdə qazandığı ən böyük nailiyyətdir. Əgər bu cümhuriyyət o zaman yaranmasaydı, sonra Sovet İttifaqının tərkibinə biz ayrıca dövlət kimi daxil ola bilməzdik. Və Sovet İttifaqı dağılanda da onun içərisindən müstəqil bir respublika kimi çıxa bilməzdik. Bu gün dövlətimizin olmasına görə həmin şəxsiyyətlərə minnətdarıq. Onların hər biri tarixi simadır. Hər birinin ayrıca araşdırılmasına, millətə təqdim edilməsinə, yaxından tanıdılmasına böyük ehtiyac var”.

Azərbaycanda demokratik seçki mühiti mövcuddur

6 Aprel 2018 13:22

Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkiləri ilə bağlı bir sıra prosedurlar başa çatıb. Belə ki, prezident seçkilərində seçki dairəsinin ərazisində müşahidə aparılmasına dair ərizələrin müvafiq seçki dairəsinin dairə seçki komissiyasına təqdim edilməsi müddəti başa çatıb.

Gənclər mövcud siyasətin uğurlu davamına səs verəcəklər

6 Aprel 2018 13:19

Gənclər hər zaman ölkənin ictimai-siyasi həyatında aktiv rol oynayıblar.  Xüsusilə bu və ya digər seçki dönəmində gənclər həmin prosesin aktiv iştirakçısına çevrilərək seçkilərdə fəallıq nümayiş etdirirlər.

AntiAzərbaycan dairələrin sifarişi ilə işləyən vətən xainləri

6 Aprel 2018 13:17

Artıq mühüm siyasi hadisələr, beynəlxalq tədbirlər ərəfəsində olan ölkəmizin antiAzərbaycan qüvvələr tərəfindən hədəfə alınması ənənəyə çevrilib. Yenə də eyni proses davam edir. Ölkədə keçiriləcək prezident seçkilərini pozmaq, ona kölgə salmaq üçün Azərbaycana qarşı barışmaz mövqedə dayanan, ölkəmizin inkişafını istəməyən qüvvələr yenə iş başındadırlar.

ABŞ Putinin ətrafını nədən məhrum edəcək? – ŞOK PROQNOZ

6 Aprel 2018 13:16

ABŞ-ın Rusiya oliqarxları və Rusiya prezidenti Vladimir Putinin yaxınlarına qarşı sanksiyaları onların bütün dünyada səfərlərini məhdudlaşdıra və dünya bank sistemindən istifadə imkanlarından məhrum olunmasına səbəb ola bilər.

Niyam Səidənin qarşında diz çöküb əlindən öpdü - VİDEO

6 Aprel 2018 13:12

ARB TV-nin "Səhər-Səhər" verlişinin növbəti qonaqları müğənni Niyam Salami və Səidə Sultan olub.  Niyam Salaminin mahnı ifası zamanı Səidə Sultan onunla rəqsə qalxıb. Cütlüyün olduqca səmimi və mehriban pozaları diqqətlərdən yayınmayıb. İfanın sonunda isə Niyam, Səidə Sultanın qarşında diz çökərək əlindən öpüb.

"Azərbaycan demokratik ənənələrə sadiqdir"

6 Aprel 2018 13:10

Azərbaycanda demokratik ənənələrin əsası 100 il bundan əvvəl qoyulub. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan bu demokratik ənənələrə sadiqlik nümayiş etdirir. 1993-cü ildən bu günə qədər ölkədə keçirilən bütün seçkilər demokratik prinsiplərə uyğun təşkil olunub. Əminəm ki, aprelin 11-də keçiriləcək prezident seçkiləri də Azərbaycanda 100 il bundan əvvəl əsası qoyulan demokratik ənənələrə uyğun olacaq.

Zərraba içki və qadın daşıyan nəzarətçi həbs edildi

6 Aprel 2018 13:09

ABŞ-da həbsdə olan əslən azərbaycanlı milyarder Rza Zərrabın Manhettendə yerləşən Metropolitan həbsxanasında onu içki, narkotik vasitə və qadınla təmin etməsi üçün 45 min dollar rüşvət verdiyi həbsxana nəzarətçisi həbs olunub.

Abşeronda məktəb direktorunun müavini intihar etdi - TƏFƏRRÜATLAR

6 Aprel 2018 13:05

Xırdalan şəhərində dəhşətli intihar faktı qeydə alınıb.  1988-ci il təvəllüdlü Nərmin Elman qızı Ağalarova yaşadığı F.Əhmədov küçəsi ev 1-in çardağında özünü asıb. Hadisə günorta saat 14 radələrində qeydə alınıb. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin müayinələrə başlayıblar. 

Səlim  Müslümov Nazirlik yanında İctimai Şuranın üzvləri ilə görüşüb

6 Aprel 2018 13:03

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim  Müslümov Nazirlik yanında İctimai Şuranın yeni tərkibinə seçilmiş vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşüb.

Yağmursuz hava davam edəcək

6 Aprel 2018 13:00

Bakıda və Abşeron yarımadasında aprelin 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.  Cənub küləyi əsəcək.