Gündəm
Aprelin 12-də Günəşdə ən güclü təlatüm olacaq və... - Azərbaycanlı ALİM AÇIQLADI
Biz Günəşdəki dəyişiklikləri NASA-nın saytından izləyə bilirik. Müşahidələrimizə görə, hazırda Günəşdə vəziyyət stabildir. Aprelin 12-də zəif həyəcanlaşma gözlənilir, həmin günlərdə vəziyyət qırmızı xətlə göstərilir.
İnternetinizin sürətli olması üçün bunları etməlisiniz – VİDEO
ARB TV-nin “Günə doğru” verilişində internet xətlərinin dəyişdirilməsi ilə bağlı maraqlı sujet yayımlanıb. Müasir dövrdə hər ötən gün internet istifadəçilərinin sayı artmaqdadır. İnternetin sürətinin gücləndirilməsi istiqamətində bir sıra addımlar atılsa da problemlər hələ də qalır.
“Tatlısəs, siz də oğullarınızı hərbi xidmətə göndərin!”
Türkiyəli müğənni Demet Akalının Afrin davası hələ də davam edir. Olaylar.az bildirir ki, Demet bu dəfə imperator İbrahim Tatlısəslə mübahisə edib. Belə ki, Demetin etirazına bu dəfə Tatlısəs cavab verib . O, hər kəsin dəvət olunduğunu və Akalının yersiz sitəm etdiyini qeyd edib.
Azərbaycan Prezidenti: "Büdcəmizdə iki əsas xərc maddəsi var - müdafiə və təhsil"
"Bz çoxdan başa düşmüşük ki, radikalizmin ixracına qarşı təkcə inzibati və ya hər hansı başqa tədbirlər vasitəsilə mübarizə aparmaq kifayət deyil". Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "TASS" agentliyinə müsahibəsi zamanı bildirib.
Lukaşenko Azərbaycanda prezident seçkiləri haqqında: "Əminəm ki, xalq düzgün seçim edəcək"
Belarus Prezidenti Aleksandr Lukaşenko MDB ölkələrində, o cümlədən Azərbaycanda seçki kampaniyaları barədə danışıb. Bu mövzu Minskdə keçirilən MDB Xarici İşlər Nazirləri Şurasının iclası zamanı nümayəndə heyətlərinin rəhbərləri ilə müzakirə olunub. Belarus Prezidenti əmin olduğunu bildirib ki, Azərbaycan xalqı düzgün seçim edəcək:
Prezident İlham Əliyev: "Azərbaycan silah ixrac edən ölkəyə çevrilir"
"Ölkəmizin hərbi potensialının möhkəmləndirilməsi əsas prioritetlərdən biridir. Bu istiqamətdə çox iş görülüb. Müxtəlif reytinqlər tərtib edən beynəlxalq ekspertlərin və təşkilatların hesablamalarına görə, bu gün Azərbaycan Ordusu dünyanın ən yaxşı təchiz olunmuş və döyüş qabiliyyətli 50 ordusu sırasına daxildir".
Kişi 15 yaşlı oğlanın cinsiyyət orqanını kəsdi, qanaxmadan öldü
Çində ağlasığmaz cinayət hadisəsi törədilib. Nənəsi ilə birlikdə Çinin Xi'an vilayətində yaşayan əqli qüsurlu 15 yaşlı oğlanın yarıçılpaq cəsədi tapılıb. Cəsədi evlərə süd daşıyan şəxs tapıb. Südsatan oğlanın cəsədini tapanda dəhşətə gəlib.
Afaq Aslan "Lotu Quli"siz QALA BİLMƏDİ, İstanbula gedir: "Sevgilim üçün..."
Bəşər Cəfəri: “Türkiyə qoşunlarını Suriyadan geri çəkməlidir”
"Bu yaxınlarda Rusiya, Türkiyə və İran liderlərinin Ankarada keçirilən üçtərəfli görüşü Astana razılaşmasının nəticəsidir. Bu razılaşma həmin üç ölkə arasında koordinasiyanı vacib edir”. Bu sözləri Qoşulmama Hərəkatının aralıq nazirlər konfransında iştirak etmək üçün Bakıda səfərdə olan Suriyanın BMT-dəki səfiri Bəşər Cəfəri deyib.
TÜRKPA və Türk Şurası Prezident seçkilərinin birgə müşahidəsini aparacaq
TÜRKPA 11 aprel 2018-ci il tarixində Azərbaycanda keçiriləcək Prezident seçkilərini müşahidə edəcək. TÜRKPA-dan verilən məlumata görə, missiyanın tərkibinə Qazaxıstan Parlamenti Məclisinin üzvü Berik Ospanov, Qırğız Respublikasının Jogorku Keneşinin üzvləri Duişon Torokulov və Salaidin Aydarov, Türkiyə Böyük Millət Məclisinin deputatları Haluk İpek və Ceyhun İrgil daxildir.
Musiqili Teatrda həftəsonu
Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşaların nümayişi gözlənilir. Qurumun mətbuat xidmətindən Olaylar.az - a bildirilib ki, 7 aprel saat 12:00-da “Hacı Qara” (M.F.Axundzadə), saat 19:00-da “Molla Nəsrəddinin beş arvadı (İ.Sadıqov), 8 aprel saat 19:00-da xalq artisti, sevimli gülüş ustası Afaq Bəşirqızının iştirakıyla “Bankir adaxlı” (E.Sabitoğlu, T. Vəliyeva) tamaşaları təqdim ediləcək. Musiqili Teatr həmişə olduğu kimi, bu həftə rusdilli tamaşaçılarını da unutmayıb. Kollektiv 8 aprel saat 12:00-da rusdilli balaca teatrsevərlərin görüşünə “Bir dayan, canavar!” (R.Ağayeva, A.Xayt, A.Kurlyanski) tamaşası ilə gələcək.
PKK-çılar Ukraynaya cəmlənir
Suriya və Iraqda PKK terrorçuları Türkiyə ərazisindən Ermənistana keçməklə oradan isə Avropaya gedirlər. “OLAYLAR” xəbər verir ki, bellə bir açıqlama ilə çıxış edən Beynəlxalq Əsassız Erməni İddialarına qarşı Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksəl Gülbəy deyib ki, PKK terrorşularının ən çox üz tutduğu ölkə Ukraynadır: “Ukraynanın Avropa Birliyi ilə vizasiz gediş-gəliş etmək barədə anlaşması var. Beləliklə Avropa ölkələri özlərinə böyük bir problem yaratmış olublar. Türkiyə tərəfi terrorçuların ərazisindən Ermənistana keçməsini əngəlləmək üçün mücadilə edir. Ancaq terroristlərin hamısının qarşısını almaq mümkün deyil”.
Musiqi məktəbinin şagirdi solo konsertlə çıxış etdi
Azərbaycan Milli Konservatoriyasında Bakı Şəhər Mədəniyyət və Turizm baş İdarəsinin Ş.Ələkbərova adına 20 nömrəli onbirillik musiqi məktəbinin XI sinif şagirdi, Prezident təqaüdçüsü Behnam Məhta Məhəmmədəlizadənin solo konserti keçirilib.
Bütün metro stansiyalarda qatarlarda musiqi səsləndirilir
Bakı metropoliteninin stansiyalarına daxil olan qatarlarda səsləndirilən musiqi parçaları artıq bütün yeraltı stansiyalarda səsləndirilir. Məlum olduğu kimi, arasında məkik hərəkət təşkil edilən "Cəfər Cabbarlı" və "Xətai", həmçinin yerüstü "Bakmil", eləcə də Bənövşəyi xəttin "Avtovağzal" və "Memar Əcəmi" stansiyalarında qatarlarda musiqi fraqmentləri səsləndirilmirdi. Səhmdar Cəmiyyətdən “OLAYLAR”-a bildirilib ki, artıq bu məsələ həllini tapıb. Yerüstü "Bakmil" stansiyası istisna olmaqla, bütün stansiyalara daxil olan qatarlarda səsləndirilmək üçün milli musiqimizin tanınmış və ecazkar əsərlərindən parçalar seçilib.
Aprel şəhidlərinin xatirəsi anıldı – Gənc Tamaşaçılar Teatrında
Azərbayhcan Dövlət Gənc Tamaşaçılar Teatrında aprel döyüşlərində həlak olan şəhidlərin xatirəsinə həsr olunan tamaşa nümayiş olundu. “Yarımçıq qalmış” adlı tamaşa aprel ayında cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsinin məzunu Samir Kaçayevin xatirəsinə həsr olunub.










.jpg)



