Gündəm
Görmə qabiliyyəti məhdud və əlil arabasında olan şəxslərin Prezident seçkilərində iştirakı üçün lazımi şərait yaradılıb
Görmə qabiliyyəti məhdud və əlil arabasından istifadə edən vətəndaşların Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirakına şərait yaradılması üçün Mərkəzi Seçki Komissiyası ilə birgə geniş miqyasda müvafiq tədbirlərin görülməsi təmin edilib. Həmin insanların seçki məntəqələrinə gələrək səs vermələri üçün bütün lazımi şərait yaradılıb.
“Azərişıq” ASC Şirvan bölgəsindəki elektrik şəbəkələrini yeniləyir
“Azərişıq” ASC ölkənin bütün regionlarında olduğu kimi Şirvan Regional Elektrik Təchizatı və Satış İdarəsinin (RETSİ) xidməti ərazisindəki istismar müddətini başa vurmuş elektrik şəbəkələrini yenidən qurur. “OLAYLAR” Səhmdar Cəmiyyətə istinadən xəbər verir ki, Külək və digər təbii hadisələrə davam gətirmək gücündə olmayan elektrik hava xətlərinin mövcud normaların tələblərinə uyğun vəziyyətə gətirilməsi, istehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi, texniki itkilərin səviyyəsinin minimuma endirilməsi üçün 2018-ci ilin birinci rübündə xeyli işlər görülüb və görülməkdədir.
Xaçmazın iki yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verilib
Xaçmaz rayonunun Qaracik-Zeyid və Aslanoba kəndlərinə ilk dəfə təbii qaz verilib. “OLAYLAR” “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Skripalı zəhərləyən maddə bu şəhərdə istehsal edilib - Şok
Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsində istifadə olunan “Noviçok” qazı Rusiyanın hərbi tədqiqat bazalarından birində hazırlanıb.
Səfirlikdən Qriqoryana sənəd verməsi barədə məlumata MÜNASİBƏT
"Əminliklə bildiririk ki, 1988-ci ilin fevralında Sumqayıt şəhərində baş vermiş hadisələrin təşkilatçısı Eduard Qriqoryan hər hansı məsələ ilə bağlı səfirliyimizin Konsulluq şöbəsinə müraciət etməyib və ona tərəfimizdən konsulluq xidməti göstərilməyib".
Azərbaycanın sürücülük vəsiqələri xaricdə niyə tanınmır? - Rəsmi izah və ekspertin təklifi
"Azərbaycanın sürücülük vəsiqələrinin xarici ölkələrdə tanınması ilə bağlı problem yaxın vaxtlarda tam həllini tapacaq". Bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Kamran Əliyev deyib.
Rövnəq Abdullayev: “Cənub Qaz Dəhlizi beynəlxalq əhəmiyyətli vahid qaz magistralını yaradacaq”
“Cənub Qaz Dəhlizi” beynəlxalq əhəmiyyətli vahid qaz magistralını yaradacaq, bütün tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə mühüm töhfələr verəcək. Məlumata görə, bunu Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.
Rövnəq Abdullayev: " Yeni yataqlardan 2020-2021-ci illərdə ilk məhsulu əldə edəcəyik"
"Neftçilərimiz “Qarabağ”, “Ümid-Babək”, “Abşeron” və digər yeni perspektivli sahələrin işlənməsi sayəsində neft hasilatının sabit saxlanılması, qaz hasilatının isə artırılması əzmindədirlər. Yeni yataqların işlənməsi ilə bağlı artıq bir çox mühüm qərarlar verilib". Məlumata görə, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib. Onun sözlərinə görə, Abşeron yatağında Total şirkəti ilə birgə işlərə start verilib, “Ümid” yatağının işlənməsinə başlanılıb.
Nəzarətçilərə yeni cihazlar verildi - Bu sürücülər cərimə ediləcək
Rafael Ağayev Döyüş Karate təşkilatının üzvü oldu - VİDEO
Azərbaycan karateçisi, beşqat dünya və onqat Avropa çempionumuz Döyüş Karate (Karate Combat) təşkilatının üzvü olub. Artıq idmançımız bu təşkilatda ilk döyüşünü keçirib.
Türkiyədə 4 FETÖ-çü məhkəmə zalından qaçdı
Yeniyetmələrə, 1 ildən çox işsiz olanlara və pensiya yaşına az qalanlara dövlət xüsusi dəstək göstərəcək
Azərbaycanda özünüməşğulluğa (əmək qabiliyyətli şəxslərin müstəqil surətdə özünü işlə təmin etməsi) dövlət dəstəyi təşkil olunur və bunun şərtləri müəyyənləşib. Məlumata görə, bu, yenidən hazırlanmış “Məşğulluq haqqında” qanun layihəsinin 24-cü (Özünüməşğulluğa kömək göstərilməsi) maddəsində əks olunub.














