Gündəm
MDB dövlət başçılarının görüşünün vaxtı məlum olub
MDB Dövlət başçıları Şurası bu il sentyabr ayının sonunda Düşənbədə keçiriləcək. Məlumata görə, bunu Minskdə MDB Xarici işlər nazirləri Şurasının yekununda MDB İcraiyyə Komitəsinin sədri, qurumun baş katibi Sergey Lebedev deyib. S.Lebedev qeyd edib ki, bundan başqa, senytabrın 27-də MDB XİNŞ-in növbəti iclasının keçirilməsi qərara alınıb.
"İraqda olan azərbaycanlı uşaq və qadınlarla bağlı müzakirələrə hazırıq"
"İraqda olan azərbaycanlı uşaq və qadınlarla bağlı İraq hökuməti olaraq danışıqlar aparmağa, müzakirələr keçirməyə hazırıq". Bunu jurnalistlərə açıqlamasında İraq xarici işlər nazirinin müavini Said Şorş Xalid deyib.
Rusiyaya qarşı təzyiq artır - Bu dəfə biznesmenlər geri göndərilə bilər
Baramada daha bir yenilik – Azərbaycanda müxtəlif xidmət növlərinin hədiyyə olaraq satışını təşkil edən ilk portal fəaliyyətə başladı
Azercell Telekom və PAŞA Bankın dəstəyilə fəaliyyət göstərən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin ölkədə sahibkarlığın inkişafına yönəlik layihələri davam edir. Belə ki, Barama Mərkəzində yaradılan startap və hazırda təklif etdiyi xidmət növünə görə ölkədə ilk və yeganə satış portalı olan “Happy Moments” artıq fəaliyyətə başlayıb.
“Molla Nəsrəddin” jurnalının 112-ci ildönümünə həsr olunan elmi konfrans keçirilib
AMEA Naxçıvan Bölməsində Azərbaycan mətbuat tarixinin inkişafında müstəsna rol oynayan “Molla Nəsrəddin” jurnalının ilk nömrəsinin çapdan çıxmasının ildönümü ilə əlaqədar elmi konfrans keçirilib.
Demokratik prinsiplərə sadiq və bütün azadlıqların təmin edildiyi ölkə
Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün demokratik cəmiyyətlərə xas olan norma və prinsipləri inkişaf etdirməyi özünün başlıca prioriteti hesab edib, bu istiqamətdə əsaslı addımlar atıb. Ölkədə demokratikləşmə prosesi xüsusilə 90-cı illərin ilk illərindən, ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra daha geniş vüsət almağa başlayıb.
Gürcü məmurlara qara rəngli "Cip" qadağan edildi
Gürcüstan hökuməti dövlət qulluqçuları üçün nəzərdə tutulan qara rəngli avtomobillərdən istifadəyə qadağa qoyub. Daha əvvəl baş nazir Giorgi Kvirikaşvili bütün dövlət qulluqçularını qara rəngli "Cip" erasına son qoymağa və tədricən ekoloji təmiz nəqliyyata keçməyə çağırıb.
Ronaldodan müsəlman olmasını istədi…
Məşhur türkiyəli aparıcı atdığı tweet ilə Türkiyədə gündəm yaradıb. Bəkir Dəvəli, portuqaliyalı ulduz Cristiano Ronaldonu islam dinini qəbul etməyə dəvət edib. Twitter hesabından məktubunu paylaşan Dəvəli, öz üzərinə düşəni etdiyini və Ronaldodan müsbət cavab gözlədiyini bildirib.
Musa Qasımlı: "Azərbaycanın beynəlxalq nüfuzu artıb"
“Müasir dünya siyasətində Qoşulmama Hərakatı müstəsna rol oynayır”. Bu sözləri millət vəkili Musa Qasımlı deyib. Onun sözlərinə görə, 60 cı illərin əvvəllərində əsası qoyulan bu hərakat soyuq müharibə illərində, iki blok arasında gedən mübarizədə bir növ ortaq mövqe tuturdu: "Qoşulmama Hərakatının iştirakçısı olan ölkələr, dünya ərazisinin bəlli bir hissəsini təşkil edirlər.
Prezident İlham Əliyev: "Azərbaycan iqtisadi baxımdan özünü tamamilə təmin edən və heç bir iqtisadi çətinliyi olmayan ölkədir"
Azərbaycan iqtisadi baxımdan özünü tamamilə təmin edən və heç bir iqtisadi çətinliyi olmayan ölkədir. Bunu Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə müsahibəsində deyib. Dövlətimizin başçısı bildirib ki, ötən illər ərzində Azərbaycan uğurlu inkişafını davam etdirib: "Ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı çoxsaylı proqramlar həyata keçirilib.
Quş nəcisi, toyuq sümüyünün iliyi... – Kosmetik vasitələrin tərkibi haqqında ilginc FAKTLAR
Kosmetika qadınların həyatının ayrılmaz bir parçasıdır. Bir çox kişilər qadının təbii olaraq, gözəl görünməsinə üstünlük versələr də, qadınlar kosmetikadan istifadə edərək daha gözəl görünməyə çalışırlar.
Məşhur aktyorun oğlu narkotik üstündə tutuldu
Məşhur Hollivud aktyoru Şon Penin 24 yaşlı oğlu Hopper Pen narkotik vasitələrin saxlanılması maddəsi ilə həbs olunub. Aktyorun oğlu Nebraska ştatında tutulub.
Ötən 15 il Azərbaycanda uğurlarla yadda qalıb
ütün təzyiqlər və şər kampaniyalarına baxmayaraq Azərbaycanda seçki prosesi öz müsbət axarı ilə davam edir. Artıq seçki marafonuna bir neçə gün qalıb. Aparılan dəyərləndirmə və müşahidələr onu deməyə əsas verir ki, vətəndaşlar 11 aprel seçkilərində fəallıq nümayiş etdirərək növbəti dəfə müstəqil şəkildə seçimlərini edərək dünyaya demokratiya örnəyi göstərəcklər.







.jpg)




