Gündəm
Ermənistan millisinin baş məşqçisi istefaya göndərildi
Futbol üzrə Ermənistan milli komandasının baş məşqçisi Artur Petrosyan istefaya göndərilib. Bu barədə qərar Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyanla görüşün nəticəsində qəbul olunub. Millətlər Liqasına az vaxtın qaldığı və komandada dəyişiklik zərurətinin yarandığı vurğulanıb. Bu zaman Petrosyan istefa verdiyini açıqlayıb. Onun istefası qəbul olunub. Yeni baş məşqçinin adı yaxın günlərdə açıqlanacaq.
Qoşulmama Hərəkatı XİN rəhbərləri toplantısının yekun sənədləri qəbul edilib
Bakıda keçirilən Qoşulmama Hərəkatı xarici işlər nazirlərinin aralıq toplantısı çərçivəsində yekun sənəd qəbul edilib. Məlumata görə, konfrans çərçivəsində həmçinin Bakı Bəyannaməsi və Fələstin üzrə Nazirlər Komitəsinin iclasında təsdiq edilmiş Fələstin üzrə yekin bəyannamə qəbul olunub.
ATƏT: "Ümid edirik ki, Azərbaycan və Ermənistan dövlət başçıları arasında görüş tezliklə baş tutacaq"
"Biz ümid edirik ki, iki dövlət başçısı arasında görüş tezliklə keçiriləcək". Bunu İtaliyanınATƏT-dəki sədrliyinin mətbuat xidmətinin rəhbəri Giovanni Davoli deyib.
Suriyanın BMT-dəki səfiri ölkəsindən çıxan terror qruplarının işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirildiyi barədə məlumatlara münasibət bildirib
"Bu barədə heç nə eşitməmişəm, amma deyə bilərəm ki, bu, beynəlxalq terror müharibəsinin bir hissəsidir, hansı ki, təkcə Suriyaya qarşı deyil, İraq, Liviya, Misir və başqa ölkələrə, bütün dünyaya qarşı yönəlib”.
SOCAR-da korrupsiya ilə bağlı ehtimalların araşdırılması üçün qaynar xətt açılıb
"SOCAR-da korrupsiya və səlahiyyətlərdən sui-istifadə ilə bağlı ehtimalların araşdırılması üçün işçilərə daxili qaynar xətt açılıb". Məlumata görə, bunu Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.
Makronun Putindən SURİYA TƏLƏBİ
Fransa prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinə Suriya ilə bağlı tövsiyələr edib. Makron Suriyadakı qarşıdurmanı sona çatdırmaq və siyasi həll yolunu açmaq üçün Putinin nüfuzundan istifadə etməsini istəyib. Fransanın dövlət başçısı bu sözləri Putinlə telefon danışığı zamanı dilə gətirib. O, Suriyadakı hərbi anlaşmazlıqların sona çatdırılmasına dair çağırış edib.
Putin 11 generalı tutduğu vəzifədən azad edib
Rusiya prezidenti Vladimir Putin 11 generalı tutduğu vəzifədən azad edib. Bu barədə "RİA Novosti" hökumətə istinadən xəbər yayıb. Məlumata görə, vəzifədən azad olunanlar Daxili İşlər Nazirliyi, Federal İcra Xidməti, Fövqəladə Hallar Nazirliyi və İstintaq Komitəsinin generallarıdır.
Dağıstanla dəmir yolu sahəsində əməkdaşlığın genişləndirilıməsi müzakirə edilib
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Dağıstan Respublikasının xalq bədii sənətkarlıq və turizm naziri Rəbiyyət Zakavovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, görüşdə “Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov Azərbaycan dəmir yollarında həyata keçirilən əsaslı yeniləşmələrdən, o cümlədən Azərbaycan dəmir yolunun beynəlxalq nəqliyyat layihələrində iştirakından geniş söz açıb, bu layihələrin region ölkələri üçün böyük əhəmiyyət daşıdığını qeyd edib. Eyni zamanda, turizm sahəsində də əlaqələrin genişləndirilməsi məqsədilə bir sıra beynəlxalq tədbirlərin həyata keçirildiyini xatırladıb.
Bu yollarda hərəkət məhdudlaşdırılır
Aparılan təmir işləri ilə əlaqədar bu gecə iki ərazidə hərəkətin məhdudlaşdırılması nəzərdə tutulub. Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirlib ki, məhdudlaşdırma qısa müddətlik Nərimanov rayonu Təbriz küçəsinin Ağa Nemətulla küçəsi ilə kəsişməsində, həmçinin Qaradağ rayonu Lökbatan-Qobu avtomobil yolunun Lökbatan qəsəbəsi istiqamətindən tətbiq ediləcək.
Azərbaycanlı gənc dünyanın 4 nüfuzlu universitetinə qəbul olub
Paytaxt məktəblisi yüksək bal toplayaraq Harvard Universitetində tam təqaüdlə təhsil almaq imkanı əldə edib.
Bakıda şirkət işçisi özünü 11-ci mərtəbədən atdı
Bakıda dəhşətli intihar hadisəsi baş verib. Xətai rayonu Xudu Məmmədov küçəsi 33A ünvanındakı çoxmərtəbəli binada yaşayan 1983-cü il təvəllüdlü Anar Cəbrayıllı özünü 11-ci mərtəbədə yerləşən evinin eyvanından atıb. O, hadisə yerindəcə keçinib. İlkin araşdırmalardan sonra məlum olub ki, A.Cəbrayıllı ailəlidir və Bakıda fəaliyyət göstərən dərman satışı şirkətlərindən birində işləyir.
Sevgilisindən gələn mesajı QARDAŞI GÖRDÜ - Azərbaycanda "WhatsApp" yazışması- FOTO
Sosial şəbəkədə yayılan “WhatsApp” yazışması diqqət çəkib.
"Maşın" şoudan sonra gözümdən düşdün" -Malikdən Samirə
Müğənnilər Samir Cavadzadə ilə ABD Malik küsülü imiş. Məlumata görə, sənətçilər bu haqda “V element” verilişində deyib. Malik Samirə “Maşın” şoudan sonra gözdən düşdüyünü deyib: “Səninlə yaxşı dost idik. Amma realiti-şoudan sonra gözümdən düşdün. Dostluğu qorumadın. Mənə qarşı orada düzgün etmədin. Orada səni mənə qarşı yanındakılar döndərdi”.
Bakıda televiziya ofisinə basqın edənlər: “Pis söyüş qoymuşdular…”
Bakı Ağır Cinayətlər Məhkəməsində “Ailə TV” kabel televiziyasının ofisinə basqın etməkdə təqsirləndirilən dəstə üzvləri – 1996-cı il təvəllüdlü Kamil Əliyev, 1995-ci il təvəllüdlü Asib Kambarov, 1997-ci il təvəllüdlü Kamran Süleymanov, 1995-ci il təvəllüdlü Rəşad Əhmədzadə və 1995-ci il təvəllüdlü Orxan Əliyevin məhkəməsi keçirilib.














