Gündəm
Prezident İlham Əliyev Salman Musayevi fəxri diplomla təltif edib
Prezident İlham Əliyev Salman Musayevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti Lənkəranda Olimpiya İdman Kompleksinin tikintisinə 12 milyon manat ayırıb
Prezident İlham Əliyev Lənkəran şəhərində Olimpiya İdman Kompleksinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Birinci sinfə qəbul olunmaq istəyənlərin siyahısı açıqlandı
Martın 12-dən start verilən 2018-2019-cu tədris ili üçün elektron sistem vasitəsilə Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonunun ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu davam edir.
XİN: "İraqdakı azərbaycanlıların gətirilməsi ilə bağlı işlər davam etdirilir"
İraqda olan azərbaycanlıların Azərbaycana gətirilməsi ilə bağlı işlər davam etdirilir. Məlumata görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə deyib.
Venesuela XİN: "Azərbaycan dünyada sülh və sabitliyin təmin olunmasına mühüm töhfə verir"
"Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransı çox səmərəli bir konfrans oldu və mühüm müzakirələr həyata keçirildi".
Əfv Komissiyasının iclasları davam edir
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib. İclasda əfvlə bağlı 100-ə yaxın müraciətə baxılıb və onların əksəriyyətinə müsbət rəy verilib. İndiyədək keçirilən iclaslarda 600-ə yaxın müraciətə baxılıb.
Yıldırım: "Yaxın Şərqə baxanda insan görmürlər ki!"
Dünyanın bir çox ölkəsi Yaxın Şərqə baxanda neft görür. Nə yazıq ki, insanı görə bilmirsiniz. Bu sözləri Türkiyənin Baş naziri Binəli Yıldırım deyib. “Bu gün Suriyada çox ölkə nüfuz müharibəsi aparır, Türkiyə isə sadəcə bəşəri sülh uğrunda mübarizə aparır. Döyüşlər başladığı gündən qapılarımızı zülmə məruz qalan 3.5 milyondan çox insana qapılarımızı açdıq və ağrılarını paylaşdıq.
FTX oyun qaydalarını pozdu: Kreml qorxu içində - Soldatov
ABŞ rusiyalı oliqarxlara və məmurlara yeni sanksiya tətbiq etdi
ABŞ Rusiyanın 38 iş adamının, rəsmi şəxslərin və şirkətlərin adlarını sanksiyaların tətbiq edildiyi şəxslərin siyahısına daxil edib.
İstanbulda dəhşətli yanğın
İstanbul Sancaqtəpədə yerləşən Aydos meşələrində yanğın baş verib. Hal-hazırda davam edən yanğına yanğınsöndürənlərlə bərabər Meşə Region Müdürlüyü də müdaxilə etməyə çalışır.
Şair Ramaldanov: “Prezident Azərbaycan ordusunun təminatını xüsusi diqqətdə saxlayır”
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana verdiyi müsahibədə haqlı olaraq vurğuladı ki, bu gün Azərbaycan Ordusu dünyanın ən yaxşı təchiz olunmuş və döyüş qabiliyyətli 50 ordusu sırasına daxildir”. Bunu hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
Tahir Rzayev: "Prezident xalq birliyinin nəticəsi olaraq bu nailiyyətlər əldə edilib"
“Son 15 il ərzində Azərbaycan uğurlu inkişafını davam etdirib və bu illər ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb. Ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı çoxsaylı Dövlət Proqramları həyata keçirilib”. Bu sözləriSİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.
Millət vəkili: “BMT elə institutdur ki, onun qətnamələri dərhal yerinə yetirilməlidir”
“BMT Təhlükəsizlik Şurası 20 ildən çoxdur ki, erməni qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. BMT elə bir institutdur ki, onun qətnamələri dərhal yerinə yetirilməlidir”. Bunu millət vəkili Rövşən Rzayev deyib.
İndoneziyalı turistlər üçün xüsusi turizm paketləri hazırlana bilər
Azərbaycanla İndoneziya arasında İndoneziyadan ölkəmizə gələn turistlərlə bağlı xüsusi turizm paketlərinin hazırlanması məsələsi müzakirə olunub. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, bu məsələ nazir Əbülfəs Qarayevin İndoneziyanın xarici işlər nazirinin müavini Abdurrahman Mohammad Fachirlə görüşü zamanı müzakirə edilb.
FİFA-dan sürpriz dəyişikliklər: məşqçilərə sarı kart...
Meydançanı ən yaxın yerdən tərk etmək Yeni qaydaya əsasən əvəz edilən və ya qırmızı kart alaraq meydandan kənarlaşdırılan oyunçuların meydanı hakimin qərarı ilə ən yaxın yerdən tərk edəcək. Bununla da bəzi futbolçuların vaxtı uzatmaq niyyətləri baş tutmayacaq.














