Tahir Rzayev: "Prezident xalq birliyinin nəticəsi olaraq bu nailiyyətlər əldə edilib"

“Son 15 il ərzində Azərbaycan uğurlu inkişafını davam etdirib və bu illər ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb. Ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı çoxsaylı Dövlət Proqramları həyata keçirilib”. Bu sözləriSİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

"Son 15 il ərzində Azərbaycan uğurlu inkişafını davam etdirib və bu illər ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb. Ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı çoxsaylı Dövlət Proqramları həyata keçirilib". Bu sözləriSİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Onun sözlərinə görə, bu Dövlət Proqramlarında nəzərdə tutulanların hamısı yerinə yetirilib: "Bu gün əldə etdiyimiz iqtisadi inkişaf ölkə başçımız İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycanın sosial iqtisadi və mədəni cəhətdən inkişaf edib. Azərbaycan iqtisadiyyatı yüksək dərəcədə şaxələndirilməsinə nail olunub, yüz minlərlə yeni iş yeri yaradılıb. Rayonlarda işsizlik problemi həll edilib və ölkəmizdə işsizlik təxminən beş faiz səviyyəsindədir. Yoxsulluğun səviyyəsi xeyli aşağı düşüb. Bu gün yoxsulluq göstəricisi 5,4 faiz həddindədir. Bütün bunlar son illərdə həyata keçirilən sosial-iqtisadi siyasətin nəticəsidir. Azərbaycan iqtisadi baxımdan özünü tamamilə təmin edir və bir neçə beynəlxalq layihələrə imza atıb. Azərbaycanda infrastruktur ilə bağlı praktiki olaraq bütün məsələlər öz həllini tapıb. Son 15 ildə ölkəmizdə 30-dan çox elektrik stansiyası istifadəyə verilib və Azərbaycan elektrik enerjisi ixrac edən ölkəyə çevrilib. Ölkədə qazlaşdırmanın səviyyəsi 95 faizə çatıb və elə bir ucqar rayon yoxdur ki, orada qaz infrastrukturu ilə təmin olmasın. Bununla yanaşı ölkəmizdə kənd təsərrüfatı, aqrar sahə inkişaf edib və hər il 100 min hektardan çox suvarılan torpaq istifadəyə verirlib. Bu, kənd təsərrüfatının inkişafına güclü təkan verir. Azərbaycan xalqı ölkə başçısı İlham Əliyevə hər zaman dəstək verir və sözsüz ki, Prezident xalq birliyinin nəticəsi olaraq bu nailiyyətlər əldə edilib". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31